TRIPP fondunun direktoru Ermənistanda mədən aldı
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Ermənistan və Azərbaycan arasında imzalanmış sülh memorandumu region üçün unikal və transformasiyaedici hadisədir.
"Yeni Sabah" Bloomberg-ə istinadla xəbər verir ki, bunu "TRIPP+" İnkişaf Fondunun direktoru Konstantin Sokolov bildirib.
O qeyd edib ki, ABŞ-də fəaliyyət göstərən “Dynamic Frontier” investisiya şirkəti sentyabr ayında Ermənistanın ikinci ən böyük mis mədənini – Tequt mədənini əldə edib: pizza mizza
“Bu sövdələşmənin əsas məqsədləri Ermənistan-ABŞ tərəfdaşlığını gücləndirmək və ABŞ-ın təchizat zəncirlərinin Ermənistanın həyati əhəmiyyət daşıyan mineral ehtiyatlarına çıxışını təmin etmək idi”.
“Dynamic Frontier Holdings” sentyabrın 23-də Tequt mis-molibden mədəninin operatoru olan “Teghut” QSC-nin 100 faiz səhmlərinin və şirkətin ödənilməmiş borclarının alınması üzrə sövdələşmənin tamamlandığını açıqlayıb. Şirkət Tequt mədəninin fəaliyyətini davam etdirməklə yanaşı, onun modernləşdirilməsinə investisiya qoyacağını bildirib.
Tequt Ermənistanın Lori vilayətində yerləşir və ölkənin ən böyük mis-molibden yataqlarından biridir. “Dynamic Frontier Holdings” ABŞ-nin Texas ştatında qeydiyyatdan keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 20 Oktyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















