Icma.az
close
up
RU
Trixotillomaniya nədir?

Trixotillomaniya nədir?

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Trixotillomaniya insanın öz saçlarını, o cumlədən qaş və kirpiklərini və s. özü tərəfindən qopardılması deməkdir.

Belə şəxslər saçlarını qoparanda əsəb gərginlikləri azalıb sakitləşdiklərini etiraf edirlər.

Qadınlarda kişilərə nisbətən 2 dəfə çox hallarda rast gəlinir. Uşaq və xüsusən də yeniyetməlik yaşlarında da bu diaqnoza cox rast gəlirik. Belə xəstələrdə başın tüklu hissəsində saçsız ocaqlar, bəzən isə hətta total allopesiyaya bənzər görüntü ilə də rastlaşa bilirik. Amma bu saçların hər hansı səbəbdən tökülməsi deyil, psixoloji problemi olan pasient öz saçlarını özü qopardır. Bəzi hallarda hətta qopardığı saçları  yeyən xəstələrə də rast gəlirik. Bu zaman onlar mədədə yad cisim diaqnozu ilə cərrahlara muraciət edirlər və cərrahi müdaxilə zamanı yeyilmiş saçlar topa halında mədədən kənarlaşdırılır.

Bu vəziyyətin əmələgəlmə səbəbi bu günkü gündə tam müəyyən olunmasa da güman olunur ki, daim gərginlik yaşayan, stress vəziyyətində olan, psixoloji tarazlığı olmayan şəxslərdə, ailədə daha çox yüksək  tələbatlar qoyulan, valideyn tərəfindən basqıya məruz qalan uşaqlarda, o cumlədən baş beyin travması, kontuziya almış xəstələrdə daha sıx-sıx rast gəlinir.

Amma bir həkim kimi öz şəxsi təcrubəmə əsasən söyləyə bilərəm ki, bu vəziyyətə tam sağlam, zahirən sakit görünən, həyatda və təhsildə böyük uğurlar qazanmış gənclərdə də rast gəlmişəm.

Bu problemlə üzləşmiş şəxslərin yaxınları onları trixoloqun və ya dermatoloqun qəbuluna aparmağa çalışır ki, saçları tez bir zamanda bərpa etmək mümkün olsun. Çünki əksər hallarda trixotillomaniyadan əziyyət çəkənlər bu vərdişlərini sirr kimi saxlayır, saçlarını özləri qopardıqlarını ən yaxınlarına belə etiraf etmirlər. Ancaq çox təcrübəli trixoloq dəqiq müayinədən sonra bu vəziyyətin allopesiya deyil, trixotillomaniya olduğunu müəyyən edib təsdiqləyə bilər. Bundan sonra həmin xəstəyə əsasən psixoloq yardımı tövsiyə olunur ki, bu vəziyyəti törədən səbəblər aşkara çıxarılıb aradan qaldırılsın.

Eyni zamanda trixoloqun təyin etdiyi müalicə tədbirləri də zədələnmiş saç örtüyünün tez bir zamanda  bərpasını mümkün edəcək.

Bəzən belə şəxslərin yaxınları belə bir problemin ümumiyyətlə mövcudluğundan məlumatsız olduqlarından, "saç tökülməsi"ni dayandırmaq məqsədilə xəstəni illərlə müxtəlif salonlara, mezoterapiya və s. prosedurlara aparır müalicələrin nəticə vermədiyini söyləyirlər.

Təəssüflə qeyd etmək istəyirəm ki, vəziyyət kəskinləşib uzun muddət davam edərsə, daim davam edən mexaniki travma nəticəsində saçların kökü get-gedə zəiflədiyindən saç örtüyünü tam bərpa etmək mümkün olmur.

Bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, trixotillomaniya zamanı nə pasient, nə də onun yaxınları bu barədə heç bir məlumat vermədikləri üçün müalicənin uğurla nəticələnməsi bir çox hallarda həkim- trixoloqun dəqiq diaqnostika nəticəsində problemi vaxtında aşkara cıxarmasından və allopesiya və saç tökülmələrindən differensiasiya etməsindən asılı olur.

Valideynlərə tövsiyəm ondan ibarətdir ki, övladlarında hər hansı saç problemləri görən valideynlər dərhal mütəxəssis yardımına müraciət etsin. Ən çox yeniyetmə və gənc yaşlarında əmələ gələn bu vəziyyət saç örtüyünün elə bir vəziyyətinə gətirib cıxarda bilər ki, övladınız daha dərin depressiya vəziyyətinə düşüb hətta evdən çıxmaq belə istəməsin. Əgər valideyn uşağında trixotillomaniya olduğunu bilərsə, məsləhət görərdim ki, uşağın başını mümkün olduğu qədər papaqda olmasına diqqət etsinər. Bəzi hallarda bu metodla bu problemin qarşısını almaq olur.

Dr. Gültəkin Abdullayeva,

Həkim-trixoloq

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri