TRT Avaz Bakıdakı mənzərədən süjet hazırladı: Burada hamı qazanır VİDEO
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Bakıda fəaliyyət göstərən restoranlardan biri Türkiyədə də maraq doğurub.
Ölkə.Az xəbər verir ki, buna səbəb “Düşbərə evi” adlanan restoranın xeyriyyə məqsədilə fəaliyyət göstərməsidir.
Belə ki, sosial sahibkarlıq restoranında gəliri olmayan ev qadınları yemək bişirir, servisdə isə gündəlik xərcini çıxarmaq istəyən tələbələr çalışır.
Restoran həm imsak, həm də iftar saatlarında fəaliyyət göstərir. Məlumata görə, burada tələbə və yetimlər üçün ödənişsiz yemək verilir.
Həmçinin bildirilib ki, əldə olunan gəlir yetim və kimsəziz uşaqların xərclərinin qarşılanmasına sərf olunur.
Layihə koordinatoru Yeganə Mirzəyeva söyləyib ki, əsas məqsəd islam dəyərlərini gələcək nəsillərə ötürməkdir.
Türkiyənin “TRT Avaz” və "TRT Haber" televiziyaları sözügedən müəssisə haqqında süjet hazırlayıb.
Qeyd edək ki, sosial sahibkarlıq restoranının əsas məqsədi yalnız qazanc əldə etmək deyil, həm də ictimai fayda yaratmaqdır.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 25 Fevral 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















