Icma.az
close
up
RU
“TRT Avaz” COP29 çərçivəsində təşkil olunan “Sıfır Tullantı” stendindən bəhs edib AZƏRTAC

“TRT Avaz” COP29 çərçivəsində təşkil olunan “Sıfır Tullantı” stendindən bəhs edib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 18 noyabr, AZƏRTAC

“TRT Avaz” telekanalı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyənin “Sıfır Tullantı” ekoloji təşəbbüsünə həsr olunmuş stendin açılışı ilə bağlı reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, telekanalın qeyd eydiyinə görə, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsi tərəfindən yaradılmış “Sıfır Tullantı” stendi Azərbaycanda 169 ölkədən 72 min nəfərin iştirakı ilə davam edən qlobal iqlim sammitində iştirakçıların böyük marağına səbəb olur.

Reportajda qeyd olunur ki, Türkiyə pavilyonunda yer alan “Sıfır Tullantı” stendində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımının təşəbbüsü ilə BMT-yə üzv olan 105 ölkənin dəstəklədiyi ekoloji hərəkat haqqında dolğun məlumatlar yer alıb.

Telekanal tamaşaçıların diqqətinə çatdırır ki, COP29 Yaşıl Zonasının eyni hissəsində Türkiyənin flora və faunası, o cümlədən endemik bitkilər və nəsli kəsilməkdə olan heyvanlar haqqında məlumatlar ilə də tanış olmaq mümkündür.

Türkiyə pavilyonunda, həmçinin tullantılardan toplanan parçalar, kağız və üzvi materiallardan yaradılmış əsərlərdən ibarət “Tullantıdan sənətə” adlı sərgi də keçirilir.

“Pavilyonu ziyarət edənlərə Türkiyədə su tənzimlənməsi mövzusunda stend, “Dünya ortaq evimizdir” kitabı, həmçinin Türkiyənin ətraf mühitlə bağlı təşəbbüslərinə dair nəşrlər təqdim olunacaq”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, hər kəs Əminə Ərdoğanın təşəbbüsü ilə irəli sürülmüş “Sıfır tullantıya dair Qlobal Xoşməramlı Bəyannamə”ni imzalaya bilər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri