TRT, heç nəyə sayğınız yoxdursa, Qarabağın yaşadıqlarına olsun Video
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli yutuber Onur Naci Öztürkler TRT kanalının futbol şərhçilərini “Qarabağ”ın oyunlarını zəif şərh etməkdə qınayıb.
Axşam.az xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib.
Öztürkler vurğulayıb ki, TRT-nin şərhçiləri “Qarabağ”ın bir müddət əvvəl “Benfica”, ötən gün isə “Kopenhagen” klubu ilə oyunda komandanın qollarını yox, qarşı tərəfin həmlələrini həyəcanla şərh ediblər:
“Azərbaycanda Türkiyənin “Galatasaray”, “Beşiktaş” kimi komandalarının oyunları yayımlandıqda şərhçilər bizim komandaya qol vurulduqda üzülərək danışırlar. Rəqib komanda hücuma keçdikdə isə oyunu daha sakit tonla şərh edirlər. Bizim komandalar qol vurduqda isə özləri qol vurmuş kimi sevinirlər”.
Yutuberin sözlərinə görə, “Qarabağ” - “Benfica” oyununda Azərbaycan təmsilçisinin qapısına qol vurulduqda, şərhçi bunu böyük sevinclə diqtə edib. “Kopenhagen”lə oyunda isə türkiyəli şərhçilər Danimarka komandasının hücuma keçməsini coşqu ilə qarşılayıblar.
O, Azərbaycan kanallarında Türkiyə komandalarının vurduğu qolların böyük həyəcanla şərh edildiyi halda ölkəsində tam əksinə münasibət bəslənilməsini tənqid edib:
“Bu, hörmətsizlikdir. “Qarabağ” hansı ölkənin komandasıdır? Çempionlar Liqasında onsuz da dəstəkləyəcəyiniz cəmi iki komanda var. Biri “Qarabağ”, biri də “Qalatasaray”.
O, son olaraq paylaşımında "TRT, heç nəyə sayğınız yoxdursa, Qarabağın yaşadıqlarına olsun" deyə, yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















