Icma.az
close
up
RU
TRT radiosunda 28 May Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb

TRT radiosunda 28 May Müstəqillik Gününə həsr olunan proqram yayımlanıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbul, 26 may, Günel Karatepe, AZƏRTAC

Türkiyənin “TRT İstanbul” radiosunun “TRT TÜRKÜ” kanalında hər bazar günü yayımlanan “Azərbaycan rüzgarı” verilişinin bu həftədəki proqramı 28 May - Müstəqillik Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, proqramda Azərbaycanın müstəqillik tarixini əks etdirən şüarlar, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” və ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın “Azərbaycan” şeri səsləndirilib.

Verilişdə Azərbaycanın keçdiyi müstəqillik yolu haqqında məlumat verilərək, bu gün dünya səhnəsinin ən önəmli aktorlarından birinə çevrildiyi vurğulanıb.

Proqram çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə "Azərbaycan rüzgarı-2" rəqəmsal musiqi albomunun təqdimatı olub.

Bununla bağlı verilişin müəllifi və aparıcısı Səidə Ömər AZƏRTAC-a müsahibə verib. Bildirilib ki, “Azərbaycan rüzgarı” proqramının əsas hədəflərindən biri də Türkiyədə milli mədəniyyətimizi, ədəbiyyatımızı, xüsusilə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısında yer alan milli musiqi alətlərimizi təbliğ etməkdir.

Bu səbəblə Azərbaycan Diasporuna Dəstək Fondunun töhfələri ilə Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət rəqəmsal musiqi albomu hazırlanıb. Albomda yer alan musiqi əsərləri azərbaycanlı tarzən, Türkiyənin Qazi Universitetinin doktorantı Pərviz Musayev tərəfində ifa edilib. Albomda muğamlar və "Laçın", "Azərbaycan maralı", "İrəvanda xal qalmadı", "Tellərini yan dara qız" xalq mahnıları yer alıb.

Musiqinin müşayiəti ilə Səidə Ömər tərəfindən Mikayıl Müşfiqin "Oxu tar" və Rəsul Rzanın “Mən torpağam” şerləri səsləndirilib.

Layihənin həyata keçirilməsi üçün Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü ifadə edən Səidə Ömər bildirib ki, fond Türkiyənin fərqli televiziya kanallarında yayımlanan "Azərbaycan rüzgarı" proqramına dəstəklərini əsirgəməyib. Hazırlanan albomun fond tərəfindən “TRT İstanbul” radiosu arxivinə hədiyə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İstanbulda 28 May - Müstəqillik Günü və “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilən konsertdə albomdan səsləndirilən “Laçın” və “İrəvanda xal qalmadı” mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri