Trump: ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ administrasiyası İranla mümkün razılaşma üzrə danışıqların uğurla yekunlaşa biləcəyinə dair məlumat əldə olunana qədər Hörmüz boğazından gəmilərin tranzit keçidinin təşkili ilə bağlı “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
O qeyd edib ki, ABŞ-a bu addımla bağlı Pakistan və digər ölkələr tərəfindən müraciət ünvanlanıb.
“Tam blokada qüvvədə qalsa da, qarşılıqlı razılığa gəldik ki, “Azadlıq Layihəsi” əməliyyatı (Hörmüz boğazından gəmilərin keçidi) qısa müddətə dayandırılsın ki, danışıqların tamamlanıb-tamamlanmayacağını və razılaşmanın imzalanıb-imzalanmayacağını görə bilək”, –Tramp bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 06 May 2026 03:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















