Trump administrasiyası xaricdəki bütün USAID nümayəndəliklərinin ləğvinə qərar verib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) üzrə xaricdəki bütün vəzifələri dünya üzrə 30 sentyabr tarixinədək ləğv edəcək.bu isə ABŞ-ın xarici yardım əməliyyatlarının qalan hissəsində kəskin islahat deməkdir.
APA “The Guardian” a istinadən bildirir ki, ötən gün Marko Rubio agentliyin bütün beynəlxalq işçi heyətinin ləğv edilməsini və xarici yardım proqramlarının idarəçiliyinin birbaşa Dövlət Departamentinə verilməsini əmr edib.
Bu göstəriş dünya üzrə yüzlərlə USAID əməkdaşına, o cümlədən xarici xidmət məmurlarına, podratçılara və 100-dən çox ölkədə yerli işçilərə şamil edilir. ABŞ səfirliklərinin missiya rəhbərlərinə dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazırlaşmaları tapşırılıb.
Daxili sənəddə prosedurların sadələşdirilməsi fonunda bütün USAID xarici vəzifələrinin ləğv edildiyi və 15 iyundan etibarən əvvəllər USAID tərəfindən həyata keçirilən xarici yardım proqramlarına cavabdehliyin birbaşa Dövlət Departamentinə ötürüldüyü bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 11 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















