Icma.az
close
up
RU
Trump tarifləri Kanada iqtisadiyyatını tənəzzülə sürükləyə bilər

Trump tarifləri Kanada iqtisadiyyatını tənəzzülə sürükləyə bilər

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın yeni prezidenti Donald Trampın Kanada idxalına gömrük rüsumları tətbiq etmək qərarı ölkə iqtisadiyyatını tənəzzülə sürükləyə, üç ilə qədər artımı silə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Globe and Mail” qəzeti Kanada Kral Bankının hesabatına və analitiklərin proqnozlarına istinadən məlumat yayıb.

Bank hesab edir ki, ABŞ və Kanada arasında gözlənilən tarif müharibəsi 1930-cu illərdən bu yana iki ölkə arasında ticarət əlaqələri üçün "ən ciddi şok" yarada bilər. İqtisadçılar həmçinin xəbərdarlıq edirlər ki, bu fonda Kanadada hazırda 6,7% olan işsizlik səviyyəsi 2-3 faiz bəndi yüksələ bilər. Bu halda, bu rəqəm 2020-ci ilin payızında, "COVID-19" pandemiyası səbəbiylə ölkənin çox hissəsinin kilidlənmə ilə üzləşdiyi səviyyəyə çatacaq.

Monreal Bankının baş iqtisadçısı Doug Porter hesab edir ki, Kanada 2025-ci ildə "mülayim tənəzzül"lə üzləşəcək. Onun "RSM Canada" konsaltinq şirkətindən olan həmkarı Tu Nguyen də öz növbəsində hesab edir ki, ölkə iqtisadiyyatı 2025-ci ildə 2% azalacaq. Belə olan halda, azalmanın miqyası Trampın tarifləri tətbiq etməzdən əvvəl ekspertlər tərəfindən verilən 1,8% proqnozu keçəcək.

Bundan əlavə, nəşr qeyd edir ki, Trampın tarifləri hələ qüvvəyə minməmişdən əvvəl Kanada şirkətlərinin biznesini çətinləşdirib. Belə ki, ABŞ-da bir sıra obyektlərin tikintisində iştirak edən Kvebek ştatının əsas metal emalı istehsalçısı "Canam Group" tariflərin müqavilə şərtlərinə təsiri səbəbindən amerikalı müştərilərlə çətin danışıqlara hazırlaşır. Digər mənbələr, Kanada enerjisinə olan 10% tarifinin ABŞ istehlakçıları üçün benzin, dizel və təyyarə yanacağının qiymətlərini artıracağını söyləyirlər.

Kanada Mədən Assosiasiyasının rəhbəri Pierre Qrattonun fikrincə, Trampın tarifləri Şimali Amerikanın kritik minerallar üçün tədarük zəncirini təhdid edə bilər. "Bu tariflər mineralların və metalların əsas axınını pozacaq, tədarük zəncirindəki zəiflikləri gücləndirəcək, eləcə də ABŞ müştərilərimiz üçün iş görmək xərclərini artıracaq", - deyə o qeyd edib. Qrattonun sözlərinə görə, Kanada mineralları və metallarının idxalına tətbiq edilən tariflər ABŞ-ın da "milli təhlükəsizliyi və iqtisadi maraqlarına ziddir".

Fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gələn mallara rüsumların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunduğu kimi, Meksika və Kanadadan idxala 25% (Kanada enerji resurslarına 10%) rüsum qoyulur. Çindən gələn mallara 10% əlavə rüsumlar tətbiq edilir.

Tramp bildirib ki, bu addım “qeyri-qanuni mühacirlərin yaratdığı ciddi təhlükə və ABŞ vətəndaşlarını insanları məhv edən fentanil də daxil olmaqla təhlükəli narkotik vasitələrin artması” səbəbindən atılıb. Daha sonra Amerika lideri Kanada və Meksika hakimiyyəti ilə danışıqlar apardığını açıqlayıb.

Kanada hakimiyyət orqanları cəmi 155 milyard Kanada dolları (106,5 milyard dollar) dəyərində Amerika mallarına 25% cavab rüsumları tətbiq edib. Baş nazir Castin Trudeau qeyd edib ki, Ottava da kritik minerallar və enerji sahəsində ABŞ-a qarşı qeyri-tarif cavab tədbirləri tətbiq etmək imkanını nəzərdən keçirir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri