Icma.az
close
up
RU
Trump tariflərlə bağlı razılaşmaya açıq olduğunu bildirib

Trump tariflərlə bağlı razılaşmaya açıq olduğunu bildirib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp avtomobil tarifləri və qarşılığında bir şey ala bilsələr, qarşılıqlı tariflər üzrə razılaşmaya hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verib.

Bu gün Kanadanın baş naziri Mark Karni ilə telefon danışığı ilə bağlı sualı cavablandıran Tramp: "Hesab edirəm ki, mən Kanadanı həmişə sevmişəm. Çox gözəl söhbətimiz oldu. Qarşıda seçki var (Kanadada), ona görə də seçkidən sonra baş nazirlə danışacağıq", - deyib.

Tezliklə dərmanlara tarifləri açıqlayacaqlarını bildirən Tramp, əczaçılıq məhsullarının istehsalını ABŞ-a qaytarmalı olduqlarını vurğulayıb.

Tramp pandemiya zamanı olduğu kimi bu məsələdə heç vaxt başqa ölkələrə güvənmək istəmədiklərini bildirib və əczaçılıq şirkətlərini öz istehsallarını ölkəyə gətirməyə təşviq etmək üçün kifayət qədər tariflər tətbiq edəcəklərini qeyd edib.

"Onlar razılığa gəlmək istəyirlər. Bunun müqabilində nəsə əldə edə bilsək, bu mümkündür.

Amma bilirsiniz ki, onlar bizdən 40 ildir, bəlkə də daha çox istifadə edirlər və bu, artıq olmayacaq. Amma bunun müqabilində nəsə əldə edə bilsək, mən şübhəsiz ki, sövdələşməyə açığım", - deyə Tramp avtomobil tarifləri və qarşılıqlı tariflərlə bağlı suala cavab verərkən bildirib.

Bunun tariflər elan edilməmişdən əvvəl baş verib-verməyəcəyi ilə bağlı suala Tramp: "Xeyr, yəqin ki, sonra. Bu bir prosesdir", - deyə cavab verib.

Tramp “ABŞ və Qrenlandiya arasında həmrəylik” üçün videoçağırış paylaşıb Tramp "Truth Social" hesabındakı paylaşımında ABŞ və Qrenlandiyanın ortaq tarixinə də diqqət çəkib.

Videoda İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Qrenlandiyanı nasistlərin Arktika rəqabətinə qarşı müdafiə etdiyi və iki ölkə arasında münasibətlərin razılaşmalarla deyil, “qan və cəsarətlə” qurulduğu qeyd edilib.

"Birləşmiş Ştatlar fəth etmək üçün deyil, qorumaq üçün bu prosesə qoşulub. Bizim ümumi dəyərlərimiz hələ də yaşayır, lakin bu gün Qrenlandiya Rusiyanın təcavüzü və Çinin ekspansionizmi təhlükəsi altındadır", - deyə 1,5 dəqiqəlik videoda qeyd edib.

“İndi biz sülh, təhlükəsizlik və gələcək naminə həmrəylik içində yenidən bir yerdə olmalıyıq”, - deyə o videoda bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Mart 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri