“Trussell Trust”: Britaniyada 14 milyondan çox insan yeməkdən imtina etməyə məcbur olur
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 10 sentyabr, AZƏRTAC
Böyük Britaniyada aclıq böhranı dərinləşir.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, ölkədə 14 milyondan çox insan maddi imkansızlıq səbəbindən yeməkdən imtina etməyə məcbur olur.
Onların arasında 3,8 milyon uşaq da var. Məlumatı ölkənin ən iri ərzaq bankı şəbəkəsi olan “Trussell Trust” yayıb. Hesabatda qeyd olunur ki, bu rəqəm 2022-ci ildə aparılan oxşar araşdırmanın nəticələrindən xeyli yüksəkdir. Həmin vaxt ölkədə 11,6 milyon nəfərin aclıq təhlükəsi ilə üz-üzə qaldığı bildirilmişdi.
Ekspertlər vəziyyətin ağırlaşmasını aşağı gəlirlər, sosial müavinətlərin yetərsizliyi, artan kirayə haqları və yüksələn enerji qiymətləri ilə izah ediblər. Araşdırma müəllifləri böhranın getdikcə dərinləşdiyini bildirərək hakim Leyboristlər Partiyasını təcili tədbirlər görməyə çağırıblar. Onların əsas tələblərindən biri iki uşaq üçün müavinət məhdudiyyətinin ləğv olunmasıdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 10 Sentyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















