“TTKF vasitəsilə 45 minə yaxın kredit müqaviləsi rəsmiləşdirilib” Bəhruz Əzimov
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Təhsil Tələbə Krediti Fondu vasitəsilə 45 minə yaxın kredit müqaviləsi rəsmiləşdirilib”.
Metbuat.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun fəaliyyətinə dair keçirilən hesabat tədbirində çıxış edərək, ötən 4 il ərzində görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.
Sədr bildirib ki, Fondun yaradılmasında əsas məqsəd təhsilin hamı üçün əlçatanlığını təmin etmək və sosial həssas təbəqədən olan tələbələrə dəstək olmaqdır. O, çıxışında aşağıdakı statistik göstəriciləri diqqətə çatdırıb:
“Bu günə qədər Fondun elektron sisteminə 52 mindən çox müraciət daxil olub.
Daxil olan müraciətlər əsasında 44 mindən çox (təxminən 45 min) təhsil tələbə krediti müqaviləsi bağlanıb.
Verilən kreditlərin 12 500-dən çoxu sosial, 32 mindən çoxu isə standart kreditlərdir”.
Bəhruz Əzimov vurğulayıb ki, Fond tərəfindən ödənilən vəsaitlər birbaşa təhsil müəssisələrinin bank hesablarına köçürülür və bu proses tam şəffaf şəkildə həyata keçirilir. O, həmçinin qeyd edib ki, kreditlərin geri ödənişi tələbə məzun olduqdan və iş tapdıqdan sonra — güzəşt müddəti bitdikdən sonra başlayır.
Sədr çıxışının sonunda bildirib ki, TTKF təkcə maliyyə dəstəyi deyil, həm də gənclərin gələcək karyera quruculuğunda mühüm bir stimul rolunu oynayır. Fond gələcəkdə daha çox tələbəni əhatə etmək üçün öz xidmətlərini və rəqəmsal imkanlarını genişləndirməyi hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Dekabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















