Tualetdə 2 dəqiqədən çox qalanların maaşından kəsiləcək Qəribə qadağa
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çində yerləşən “Three Brothers Machine Manufacturing” adlı istehsalat şirkəti işçilərə tualet qadağası qoyub.
Ölkə.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Qeyd olunur ki, yeni qaydalara görə, işçilər iş saatları ərzində tualetdən 2 dəqiqə ərzində istifadə etməlidirlər.
Əgər hansısa işçi tualetdə təyin edilən vaxtdan çox qalarsa, şirkət tərəfindən cəzalandırılacaq.
İşçilərin sadəcə idrar etmək üçün tualetə getməsinə icazə verilir. Lakin hər hansı sağlamlıq probleminə görə tualetdə daha çox qalmaq istəyənlər əvvəlcədən insan resursları şöbəsindən icazə almalıdırlar.
Şirkət tualet yaxınlarına kameralar yerləşdirərək işçilərə nəzarət etməyə başlayıb.
Əgər işçilərin qaydalara əməl etmədiyi aşkarlanarsa 100 yuan (təx.24 AZN) cərimə tətbiq ediləcək.
Şirkət "Huang Di Nei Jing"ə (Sarı İmperatorun Daxili Kanonu) istinad edərək, bu siyasətin iş yerində nizam-intizamı, səmərəliliyi və işçilərin mənəviyyatını artırmaq məqsədi daşıdığını iddia edir.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Mart 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















