Tualetə mobil telefonla getməyin TƏHLÜKƏ
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tualetdə telefonla vaxt keçirmək Hemoroid (babasil) xəstəliyi riskini artırır.
Bu qənayətə türkiyəli cərrah Səbahəddin Çəlik gəlib.
Mütəxəssis “Smartfonların Hemoroid xəstəliyi ilə əlaqəsini araşdırma” adlı elmi çalışmalar aparıb.
Araşdırmaya hemoroid xəstəliyi olan 882 və hemoroid şikayəti olmayan 802 nəfər cəlb edilib. Məlum olub ki, insanların çoxu tualetə smartfonla girirlər.
“Mobil telefonla tualetə gedənlərin orada daha çox zaman keçirdiyini müşahidə etdik. Bu da hemoroid patogenezində risk faktorudur. Təzyiq səbəbiylə hemoroid şikayətləri artır”.
Həkim mümkün risklərin qarşısının alınması üçün smartfonlarla tualetə getməməyi tövsiyə edir.
Mənbə: Oxu.az
Saglamolun.Az
Baxış sayı:97
Bu xəbər 18 Noyabr 2024 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















