Tualetinizdən xoş qoxu gələcək Faydalı tövsiyə
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Mağazalarda satılan aerozol tipli tualet ətirləndiricilərinin çoxu xoşagəlməz qoxunu aradan qaldırmaq əvəzinə, onu sadəcə güclü kimyəvi qoxu ilə ört-basdır edir. Bir çox hallarda spreyin kəskin ətri bir neçə dəqiqə sonra yox olur və pis qoxular yenidən geri qayıdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər isə tualetdə uzunmüddətli təravət yaratmaq üçün sadə və büdcəyə uyğun üsulun olduğunu bildirirlər.
Bunun üçün adi tualet kağızının karton gilizindən passiv diffuzor kimi istifadə etmək kifayətdir.
Bu üsulu tətbiq etmək üçün yalnız iki vasitə lazımdır: təbii efir yağı və yeni tualet kağızı rulonu. Efir yağı olaraq limon, portağal və qreyfrut kimi sitrus aromaları daha çox tövsiyə edilir. Həmçinin nanə və çay ağacı yağı da qoxunu neytrallaşdırmaqda effektiv sayılır.
Hazırlanma prosesi bir dəqiqədən az çəkir. Yeni rulon götürülür və karton gilizin daxili hissəsinə 3–5 damcı efir yağı damcıladılır. Yağın birbaşa kağızın üzərinə tökülməməsi vacibdir. Daha sonra rulon yenidən yerinə qoyulur və hər istifadə zamanı tualetdə yüngül, xoş bir ətir yayılmağa başlayır.
Qeyd olunur ki, bu metod spreylərdən fərqli olaraq tədricən təsir göstərir. Karton efir yağını hopduraraq uzun müddət saxlayır və sabit təravət yaradır. Rulon fırlandıqca və kağız qoparıldıqca qoxu daha aktiv şəkildə havaya yayılır.
Mütəxəssislər daha yaxşı nəticə üçün sintetik deyil, keyfiyyətli təbii efir yağlarından istifadə etməyi məsləhət görürlər. Bu “doldurma” həftədə bir dəfə və ya rulon dəyişdirilərkən yenilənə bilər. Bildirilir ki, bu üsul həm də uşaqlı və ev heyvanlı evlər üçün daha təhlükəsizdir, çünki aerozollarda olan aqressiv kimyəvi buxarların nəfəsə çəkilməsi riski azalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 26 Yanvar 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















