Tuapsedə dəniz terminalına yenidən dron hücumu edilib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində yerləşən dəniz terminalı mayın 1-nə keçən gecə yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
"Unian"ın məlumatına görə, hücum nəticəsində ərazidə yanğın baş verib.
Hadisəni yerli hakimiyyət orqanları təsdiqləyib və bildirilib ki, insident zamanı xəsarət alan olmayıb. Qeyd olunur ki, bu, son iki həftə ərzində Ukrayna dronlarının həmin limana dördüncü hücumudur.
Qeyd edək ki, bir neçə gün öncə Tuapsedə neft emalı zavodunda da iri yanğın baş vermişdi. Bu yanğının Ukrayna dronlarının üç zərbəsindən sonra yarandığı vurğulanır.
Yerli hakimiyyət orqanları vəziyyəti “ekoloji fəlakət” kimi qiymətləndirib, ərazidə “neft yağışları” müşahidə olunub və dənizdə neft ləkəsi yaranıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 01 May 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















