Icma.az
close
up
RU
Tufandan öncəki SƏSSİZLİK: “Əgər Ermənistan təxribat törədəcəksə…”

Tufandan öncəki SƏSSİZLİK: “Əgər Ermənistan təxribat törədəcəksə…”

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əgər Ermənistan təxribat törədəcəksə, 2-3 günə Zəngəzur dəhlizini açacağıq”

Bu fikri Ermənistan Azərbaycan arasında gərginlik, müharibə ehtimalının yenidən gündəmə gətirilməsini Yenicag.az-a dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

O, bildirib ki, Azərbaycan Ermənistanın öhdəlikləri yerinə yetirməsinə çox göz yummayacaq:

“Ermənistan götürdükləri öhdəlikləri yerinə yetirməyəcəksə, Azərbaycanın təkliflərini qəbul etməyəcəksə və silahlanmanı davam etdirəcəksə, onda müharibə qaçılmazdır. Azərbaycan illərlə gözləyə bilməz. Çünki Ermənistan bir tərəfdən silahlanır. Azərbaycan Ermənistanın darmadağın etdiyi əraziləri yenidən bərpa edir. Dövlət vəsaiti xərclənir, insanlar öz yurd-yuvasına qayıdır. Azərbaycan nə insanların taleyini, nə də təhlükəsizliyi gözardı etməyəcək. Əgər Ermənistan silahlanmağa davam edəcəksə, onlara hücum silahları veriləcəksə, o silahlar bizim qanuni hədəfimiz olacaq. Ermənistan ya öhdəliyini yerinə yetirməlidir, ya da Azərbaycan güc yolu ilə Zəngəzur dəhlizini açmalıdır. Bizim başqa variantımız yoxdur”.

BAP sədri əlavə edib ki, Ermənistanın arxasında müəyyən qüvvələr var:

“İran da Ermənistana dəstək verir. Bəzi Avropa ölkələri də Ermənistana dəstək verir. Avropada bir neçə ölkənin ordusunun sayı bizim ordudan çoxdur. Yerdə qalanları bizim ordu ilə müqayisə oluna bilməz. Cırtdan Lüksemburqun 900 əsgəri var, Azərbaycana bəyanat verir, Ermənistanı müdafiə edəcəklərini deyir. Baltikyanı ölkələrinin ordusunda 5-7 min ordusunda əsgər var, amma Ermənistanı dəstəkləyir”.

“Bu gün Avropa parlamentində separatçılarla bağlı məsələyə baxacaqlar. Yəqin ki, Azərbaycanın əleyhinə qərar çıxaracaqlar. Azərbaycanda bəziləri təslimçilik əhval-ruhiyyəsi yayır. Ermənistanla Azərbaycan arasında isə uzunmüddətli müharibə olmayacaq. Əgər Ermənistan təxribat törədəcəksə, 2-3 günə Zəngəzur dəhlizini açacağıq. Müharibə olacaqsa, onun günahkarı Ermənistandır. Ermənistan hələ də Qazax rayonun kəndlərini, Naxçıvanın Kərki kəndini Azərbaycana təhvil verməyib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ermənistana qarşı tədbir görə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 12 Mart 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri