Tuhel İngiltərənin oyununu tənqid etdi
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel Yeni Zelandiya ilə keçirilən yoldaşlıq oyunundan (1:0) sonra komandasının çıxışından narazı qaldığını bildirib.
QOL.az "goal.com"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis xüsusilə ilk hissədəki oyunu tənqid edib. Onun sözlərinə görə, futbolçular mövqelərini tez-tez dəyişib və taktiki plana əməl etməyiblər.
“İlk hissədə həddindən artıq sərbəst oynadıq. Futbolçular lazımi mövqelərdə deyildilər. Bu isə oyunumuzun sürətini aşağı saldı və pressinq qurmağımıza mane oldu”.
Mütəxəssis ikinci hissədə komandasının daha nizam-intizamlı çıxış etdiyini, topa və topsuz oyunda daha aqressiv göründüyünü vurğulayıb.
Qeyd edək ki, bu oyun İngiltərənin DÇ-2026 öncəsi hazırlıq mərhələsi çərçivəsində keçirilib.
Baxış sayı:71
Bu xəbər 07 İyun 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















