Tulaya PUA hücumu: Azot kimya zavodu vuruldu VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumu nəticəsində Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən sənaye müəssisələrindən birinin ərazisində güclü yanğın başlayıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə barədə Tula vilayətinin qubernatoru Dmitri Milyayev rəsmi açıqlama verib.
Qubernatorun sözlərinə görə, müəssisənin ərazisinə hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulan "PUA-ların qalıqları" düşüb və yanğına səbəb olub. Regional rəhbərlik hadisə yerində xüsusi xidmət orqanlarının və yanğınsöndürənlərin işlədiyini, vəziyyətin nəzarət altında olduğunu bəyan edib.
Lakin Ukrayna teleqram kanalları və media resursları hücumun hədəfi ilə bağlı fərqli məlumat yayıblar.
Ukrayna tərəfinin iddiasına görə, PUA-lar birbaşa Rusiyanın ən böyük kimya sənayesi müəssisələrindən biri olan və hərbi sənaye üçün də mühüm əhəmiyyət kəsb edən Novomoskovskdakı "Azot" kimya zavodunu hədəf alıb və müəssisəyə ciddi ziyan dəyib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ötən gecə Tula da daxil olmaqla bir çox region üzərində ümumilikdə 249 Ukrayna PUA-sının məhv edildiyini açıqlamışdı.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 14 İyun 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















