Tullantıdan sənətə: Abşeron Milli Parkında növbəti ekoloji tədbir
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ətraf mühitə qayğı" çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin Abşeron Milli Parkında sərgisi keçirilir.
ETSN-dən Modern.az-a bildirilib ki, sərgidə təbiətə qayıdış və etno instalyasiya nümunələri, həmçinin ekoloji təmiz qida məhsulları nümayiş etdirilir.
Gənc heykəltəraş - instalyator Emil Məcidovun tullantılardan hazırladığı "Yer kürəsi, Qobustan qayası, Lotus gülü" əsəri və digər instalyasiya nümunələri iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunu, ətraf mühitə qayğı naminə həmrəyliyi, təbiətlə vəhdəti, cəmiyyətin məsuliyyətini ehtiva edir.
Sərginin keçirilməsində məqsəd tullantılardan səmərəli istifadənin və iqlim dəyişikliyi məsələlərinin incəsənətin vizual gücü ilə diqqətdə saxlanılmasıdır.
İctimaiyyəti iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühitə qayğı göstərməyə çağıran sərgi noyabrın sonunadək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 10 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















