Tunisin keçmiş prezidenti qiyabi olaraq 22 il azadlıqdan məhrum edilib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tunis məhkəməsi keçmiş prezident Monsef Marzuki barəsində qiyabi olaraq 22 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, 2011 – 2014-cü illərdə ölkəyə rəhbərlik edən M.Marzuki hazırkı prezident Kays Sayedin qatı tənqidçisi olaraq tanınır.
O, dövlət təhlükəsizliyinə xələl gətirməkdə ittiham olunub.
Qeyd edək ki, bu, onun barəsində çıxarılan üçüncü hökmdür. Bundan əvvəl sözügedən şəxs müxtəlif epizodlar üzrə müvafiq olaraq 8 il və 4 il müddətinə azadlıqdan məhrum edilib.

Tunisin keçmiş prezidenti 22 il müddətinə azadlıqdan məhrum edilib
21 İyun 2025 22:42
Rusiyalı bloqer qiyabi olaraq səkkiz il azadlıqdan məhrum edilib
14 Avqust 2025 17:50
Keçmiş deputat 9,5 il müddətinə azadlıqdan məhrum edilib...
23 May 2025 18:45
İngiltərəli keçmiş hakim 9 il müddətinə azadlıqdan məhrum edilib
15 May 2025 09:55
Pakistanın keçmiş baş naziri azadlıqdan məhrum edilib
17 Yanvar 2025 14:48

