Icma.az
close
up
RU
Tünzalə Ağayeva Naxçıvanda konsert verdi

Tünzalə Ağayeva Naxçıvanda konsert verdi

Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tünzalə Ağayeva Naxçıvanda konsert verdi

Xalq artisti Tünzalə Ağayeva solo konsert proqramı ilə çıxış edib.

OLAY yazır ki, pop-star Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “Autizmli Uşaqlara Dəstək İctimai Birliyi”nin sədri doktor Ayaz Seyidlinin dəvəti ilə Naxçıvan şəhərinə təşrif buyurub. Estrada ulduzunu ilk olaraq Hava limanında jurnalistlər qarşılayıblar. 

Xalq artistinin sözlərinə görə konsertin məhz autizmli uşaqlara həsr olunması onu çox sevindirib və həyəcanlandırıb: “Bütün təşkilatçılara böyük təşəkkürüm var. Çünki autizmli uşaqlara dəstək olmaq çox böyük təşəbbüsdür. Bu bizim bütün dünyamızı narahat edən bir problemdir. Sağ olsun Aytən Eynalova, məhz onun sayəsində autizmli uşaqlarımızı tanıdım, onlarla ünsiyyət qurdum. Onu da deyim ki, mən ömrümü autizmə həsr elədim və bundan sonra da onların səfiri kimi hər zaman yanlarında olub dəstək olacağam. Allah onları daim qorusun”.

Sevilən müğənni Naxçıvanda yerləşən Heydər Əliyev Sarayında tamaşaçılarının qarşısısına çıxıb. Konsert proqramını idarə etmək məşhur teleaparıcı Aytəkin Mərdanovaya həvalə olunub. Tünzalə Ağayevanı səhnədə “Tünzalə music band” ansamblı, “Tünzalə dance group” adlı rəqs qrupu və məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Ağayeva konsert boyunca ən unudulmayan, sevilən və dillərəzbərinə çevrilən hitlərini canlı ifa edib. Hər kəs də Tünzalə Ağayeva ilə birlikdə bütün ifaları əzbərə söyləyib. Gecədə sevənlərinə bir sıra sürprizlər təqdim edən müğənni illərdir öz aktuallığını qoruyub saxlayan “Yandım, elə yandım” və “Barı Naxçıvan” əsərlərini səsləndirib.

Konsert boyunca iki geyim dəyişən sənətçi obrazları ilə gözoxşayıb. Xalq artisti çıxışının ilk hissəsində yaşıl kostyum, ikinci hissədə isə qara əlbisə geyinib. Pop starın geyimlərinin müəllifi dizayner Orxan Sultan, styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Səhnə makiyajını stilist Sabir Bağırov, saçlarını isə məşhur stilist Fərid Bağırov edib.

İzdiham və gür alqışlarla qarşılanan Xalq artistinin möhtəşəm konsertində 1000-ə yaxın tamaşaçı bir araya gəlib. Yüksək enerji ilə çıxış edən pop ulduzun konsert proqramı anşlaqla keçib. Konsertdən sonra böyük fanat kütləsi ilə qarşılaşan müğənni sevənləri ilə xatirə fotoları çəkdirib.

O, təəssüratını bölüşüb: “Mənim üçün çox xoşdur ki, bu gün mən Naxçıvandayam. Buraya hər gəlişim məni xoşbəxt edir. Naxçıvanın insanları, suyu, havası mənə doğmadır. Hər bir naxçıvanlıya dərin təşəkkür edirəm. Özümü şanslı sayıram ki, bir çox layihələrdə, xüsusilə də autizm mövzulu layihələrdə iştirak edirəm. Əgər bir mahnım bir uşağın gülümsəməsinə səbəb olursa, bu mənim üçün ən böyük uğurdur. Bu konsert də bunun sübutudur. İnsanlara sevgi, diqqət və qayğını xatırlatmaq, autizmli uşaqların həyatına kiçik də olsa, işıq saçmaq üçün bir fürsətdir. Əgər musiqim, səsim və simam uşaqların həyatında bir ümidə çevriləcəksə, bu mənim sənət yolumun ən dəyərli anıdır. İnanıram ki, bu konsert hər kəsin diqqətini belə həssas məsələyə yönəltdi. Gəlin birlik olaq. Kiçik bir dəstək böyük dəyişikliklərə səbəb ola bilər. İncəsənət, sevgi və mərhəmət varsa, həyat gözəldir. Autizmli uşaqların cəmiyyətimizdə layiq olduqları yeri tutmaları üçün hamımız bir addım atmalıyıq”.

Qeyd edək ki, konsert 2 aprel “Dünya Autizm Məlumatlandırma günü”nə həsr olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:437
embedMənbə:https://olay.az
archiveBu xəbər 06 Aprel 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri