Icma.az
close
up
RU
Tünzalə Ağayeva: Siqaret və içkidən uzağam, amma gecələr... Şok müsahibə

Tünzalə Ağayeva: Siqaret və içkidən uzağam, amma gecələr... Şok müsahibə

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Xalq artisti Tünzalə Ağayeva Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Tünzalə xanım, artıq bu il bitir. Yeni ildə sənətinizlə bağlı nə kimi yenilikləriniz olacaq? Konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü?

- Bu suallarımı prodüserim Yalçın Cabbarova da ünvanlayın. Çünki konsert vermək tək yaradıcı iş deyil. Mən yaradıcı insan olaraq öz albomumu, proqramımı hər zaman gündəmdə saxlayıram. Mahnılar yazmaqda davam edirəm, yaradıcılığımla bağlı layihələrim çoxdur. Bunu bir araya gətirib konsert proqramına çevirmək təşkilati və maddi məsələdir. Bilirsiniz, bir konsertin baş tutması üçün niyə uzun vaxt tələb edir?! Çünki tələblərimiz kiçik deyil.

Mənə konsert proqramı üçün təkliflər olur. Amma təşkilati və keyfiyyət baxımından qane olmasam, təkliflə asan razılaşa bilmirəm. Bəlkə də mən özüm vaxtı uzadıram, əngəl qoyuram. Tələblərimi isə azalda bilmirəm. Təbii ki, Azərbaycan standartları və bizim səhnəmizin imkanları çərçivəsində təsəvvür etdiyim və etmək istədiyim konsert çox gözəl olmalıdır. İnşallah, güman edirəm, bu plan nəhayət ki, 2025-ci ildə reallaşacaq.

- 2025-ci il ilə bağlı arzularınız nədən ibarətdir? Gözləntiləriniz nələrdir?

- Yeni ilə az vaxt qalıb, dekabr ayı çox tez keçir. Uşaq vaxtı düşünürdük ki, görəsən, 2025-ci il necə il olacaq?.. Çox uzaq və fantastik görünürdü. Uşaqlıqda fantastika sandığımız artıq reallıqdır. İnternetin, texnologiyanın həyatımıza girdiyi bir dönəmdir. 2025-ci il bir az qorxulu, bir az narahat, amma gözəldir. Dünya bir saniyənin içində istədiyin informasiyanı əldə etməyə imkan verir. Elə bir ölkə yoxdur ki, sən ora gedə bilməyəsən. Təki Allah hər kəsə imkan versin. Yolunu açıq etsin. Hər bir insanın imkanı olsun ki, dünyanı gəzsin. Yenilikləri öyrənə bilsin. Təhsil, səyahət, iş, karyera baxımından seçimləri çox olsun. Mən hamımıza bunu arzulayıram.

2024-cü ildə Azərbaycan COP29 kimi nəhəng, ciddi bir sammitə ev sahibliyi etdi. Mən vətənimi o qədər çox sevirəm ki, dövlətimin dünyadakı səsiylə qürurlanıram. Bayrağımla, əsgərimlə, şəhidimlə qürur duyuram.

Şəhidlərimizin ruhu şad olsun. Görün, Qarabağda iki-üç ildə necə gözəl həyat başlayır. İnşallah, yaxın gələcəkdə bütün xalqımız öz doğma torpaqlarımızda yaşasın. Eyni zamanda şəhərlərimizdə də quruculuq işləri gedir. Yavaş-yavaş sakinlərimiz işğaldan azad edilən torpaqlarımıza köçür. Mən buna çox sevinirəm.

2025-ci ildə bunun sayı çox olsun. Hər kəsin həyatında uğurlar, ailəsinə bol-bərəkət arzu edirəm.

- Bəs, qadin kimi özünüzə nə arzu edirsiniz?

- Özümə bol sevgi, rahatlıq, hüzur, gənc qalmağı arzu edirəm. Bunun üzərində çalışıram.

- Baxım və formada qalmaq üçün özünüzə nə qədər vaxt ayırırsınız?

- Özümə hər gün vaxt ayırıram. İdman, yoqa ilə məşğul oluram. Sağlam qida ilə qidalanıram. Sadəcə işimlə bağlı bir az gec yatıram. Çünki gecə səhnədə oluruq. Gec yatmaq qadın üçün xeyirli deyil, amma orqanizmim, çox sağ olsun, məni incitmir. Orqanizmimi sağlam qida ilə saxlayıram. Çox şükür, pis vərdişlərim yoxdur, siqaret və içkidən uzağam. Bunlar gənc qalmağıma kömək edir. Bu qadın üçün çox vacibdir.

- 2025-ci ildə ailə qurmağı düşünürsünüz?

- Olar, bu suala cavab verməyim?..

Foto: Elnur Muxtar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 30 Noyabr 2024 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri