Icma.az
close
up
RU
Turab Rzayev: ABŞ ilə strateji razılaşma Ermənistanı hərbi rəqabət meydanına çevirə bilər

Turab Rzayev: ABŞ ilə strateji razılaşma Ermənistanı hərbi rəqabət meydanına çevirə bilər

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Bəs bunun Azərbaycanla sülh danışıqlarına hansı təsirləri olacaq? Rusiya buna necə reaksiya verəcək? Türkiyə ilə normallaşma prosesi baş tutacaqmı? ABŞ-ni özünə düşmən elan edən İran bu vəziyyətə necə reaksiya verəcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən politoloq Turab Rzayev müqavilənin imzalanmasının səbəblərindən danışıb:

"Sazişin imzalanmasının iki əsas səbəbi var. Bayden administrasiyası hakimiyyəti Tramp və komandasına təhvil verməzdən əvvəl son addımlarını atır. Paşinyan administrasiyasının Qərb avantürası daha çox ABŞ və Makron administrasiyası tərəfindən dəstəklənir. Ermənistan hazırda müəyyən addımlar atır, Aİ üzvlüyünə yol açmağa çalışır. Başqa sözlə, İrəvan Qərblə inteqrasiyanı təmin etmək üçün müqavilə imzalayır. Çünki Tramp Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və buna görə də Tramp administrasiyası dövründə Ermənistanın təhlükəsizliyini təmin etməyə çalışırlar. İndi də Rusiya Aİ-yə üzvlük prosesi ilə bağlı Ermənistana təzyiq etməyə başlayıb. Bu baxımdan sözügedən strateji sazişin Ermənistan üçün qoruyucu sipər olacağını düşünürlər. Yəni qanun kontekstində və sahədə infrastruktur yaradırlar. İlk addım kimi ABŞ və Ermənistan arasında sərhəd təhlükəsizliyinə dair saziş imzalanıb".

Politoloq bildirib ki, region ölkələrinin bu vəziyyətə reaksiyası çox vacibdir. Belə ki, Ermənistan siyasi və hərbi rəqabət meydanına çevrilə bilər:

"Yaxın günlərdə Ermənistana sərhəd təhlükəsizliyi təlimi verəcək xüsusi qrupun gələcəyi bildirilir. Əvvəllər Ermənistan administrasiyası rus əsgərlərinin İranla sərhəddən çıxarılmasını tələb edirdi. İndi isə Paşinyan administrasiyası sərhədə ABŞ-dən gələn xüsusi komanda yerləşdirəcək. Bundan sonra Türkiyə ilə sərhəddə də belə addımlar atılacaq. ABŞ-nin strateji razılaşmaları və qanunları ləğv etmək təcrübəsi çox azdır. Burada Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə, sərhədə nəzarət etməsinə qısqanclıqla yanaşan İranın münasibəti çox önəmlidir. Çünki Ermənistan İran sərhədində ABŞ əsgərlərini yerləşdirəcək. Digər tərəfdən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və Aİ-yə üzv olmaq istəyir. Bəs Rusiya buna necə cavab verəcək? Çünki Rusiyanın Ermənistanda hələ də 102 saylı böyük hərbi bazası var. Ukraynaya görə Rusiya sərt reaksiya verməyə bilər. Amma bu reaksiya mütləq özünü göstərəcək.

Azərbaycan Ermənistandan xarici qüvvələrin iki ölkənin sərhədlərindən çıxarılmasını və bunun sülh sazişinə salınmasını tələb edir. Görünür, Ermənistan bu tələbi yerinə yetirmək niyyətində deyil. Digər tərəfdən, ABŞ qoşunlarının Azərbaycanın Naxçıvan Muxtar Respublikası sərhədlərinə yerləşdirilməsi Türkiyə üçün də problem ola bilər. Amma deyə bilərik ki, atılan addımlarla Ermənistan özünü çox çətin vəziyyətə salıb. Nəticədə Ermənistan Rusiya ilə Qərb arasında siyasi, sonra isə hərbi rəqabət meydanına çevrilə bilər".

Söhrab İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri