Icma.az
close
up
RU
Tural Abbaslının Duqinin sərsəmləmələrinə cavabı: Dünənki nökər...

Tural Abbaslının Duqinin sərsəmləmələrinə cavabı: Dünənki nökər...

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rus filosof və politoloq Aleksandr Duqin azərbaycanlıları təhqir edib. 

O, Rusiyada yaşayan miqrantlardan bəzilərini cəmiyyət üçün “ən çox toksik qrup” adlandırıb. Duqin xüsusilə azərbaycanlıları, tacikləri və özbəkləri bu siyahıya daxil edib. Filosofun sözlərinə görə, hansısa bir miqrant rus vətəndaşlarına qarşı aqressiya göstərirsə, o, artıq cinayətkar sayılmalıdır. 

Duqinin bu sözləri birmənalı qarşılanmayıb. Üstəlik, Azərbaycanla Rusiya arasındakı münasibətlərin gərgin olduğu bir zamanda belə açıqlama vermək vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. AĞ Partiyanın başqanı Tural Abbaslı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Aleksandr Duqin özünü filosof adlandırır və hətta Rusiya Prezidenti Vladimir Putinin mənəvi yol göstərəni sayılır: 

“Lakin çox səviyyəsiz, primitiv və ibtidai icma quruluşuna aid olan fikirlər bildirir. O, azərbaycanlılar, taciklər və özbəklər deyərək daha çox müsəlmanları nəzərdə tutur. Niyəsə erməniləri, belarusları və ya ukraynalıları ora qatmır. Hansı ki, Rusiyanın müharibəsi məhz Ukrayna ilədir. Hətta Duqin deyir ki, kim rusların yanında Ukraynaya qarşı vuruşsa, o, əsl rusdur. Onun fikirləri milliyətçilik də deyil. Sadəcə olaraq dini zəmində aparılan faşistlikdir”. 

Siyasətçi vurğulayıb ki, Duqinə kimi kimin torpağından qovmaq istədiklərini xatırlatmaq lazımdır: 

“Əslində, Rusiya adlı ölkə mövcud olmayıb. Rusiya müsəlman dünyasının öz arasındakı çəkişmələri sayəsində aralıqda meydana çıxan bir dövlətdir. Yəni tarixdə bu adda bir dövlətə rast gəlmək mümkün deyil. Ruslar dünənə qədər Toxtamış xana və onun nəslindən gələnlərə vergi ödəyərək özlərini knyaz elan edirdilər. Dünənki nökərlərimiz bu gün bizi bəyənmirlər”. 

Tural Abbaslı Aleksandr Duqinə tarix oxumağı məsləhət görüb: 

“Beləcə özlərinin haradan gəldiyini görər. Aşağıladığı azərbaycanlıların, taciklərin və özbəklərin hansı mədəniyyətə malik olduğunu öyrənsin. Boş-boş danışmaqla deyil. Köksüz bir millətdirlər. Heç slavyanlara aid olub-olmadıqları belə bilinmir. Ona görə də Duqin boş-boş danışmasın. Azırbaycanlıların və ümumiyyətlə, türk millətinin Duqinin təsdiqinə ehtiyacı yoxdur”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Tural Abbaslı Aleksandr Duqin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri