Tural Məmmədov: Ötən il kibersimulyasiyada 32 min dövlət və hərbi qulluqçu hədəf seçilib
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ildə Azərbaycanın dövlət qurumlarında kibertəhlükəsizlik qaydalarına riayət edilməsini ölçmək üçün həyata keçirilmiş kibersimulyasiyada 32 206 dövlət və hərbi qulluqçu şərti hədəf seçilib.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.
"Bu simulyasiya zamanı seçilmiş hədəflərə fişinq hücumları göndərilib. Nəticədə 2 134 nəfəri saxta keçidlərə aldanaraq şərti qurbana çevrilib. Bundan əlavə, 1 012 nəfər özü haqqında daha ətraflı məlumatı qarşı tərəfə ötürüb. 654 nəfər isə ümumiyyətlə hədəf olmayan şəxslər olub ki, onlar da öz məlumatlarını bu 1 012 nəfər vasitəsilə qarşı tərəfə ötürüb. Belə deyək, biz özümüzü qorusaq belə, bəzən dostlarımız və yaxınlarımız bizim məlumatlarımızı hansısa reklam kampaniyalarında və sair işlərdə istifadə edə bilirlər. Göstərilən nümunədə də qurban olan 1 012 nəfər özü ilə paralel olaraq 654 nəfər yaxın adamının məlumatlarını qarşı tərəfə ötürüb",-deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 21 Fevral 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















