Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

“Tural Piriyevlə bir gün ərzində 800 kilometr məsəfə qət etdik” ASTA niyə “Mingəçevir”i seçib?

“Tural Piriyevlə bir gün ərzində 800 kilometr məsəfə qət etdik” ASTA niyə “Mingəçevir”i seçib?

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Mingəçevir” sponsorsuz günlərini başa vuraraq ASTA-nın himayəsinə keçdi. Bu gün keçirilən imzalama mərasimindən sonra qurumun prezidenti Rafael Bunyatov müqavilənin detallarından danışdı.

Bunyatov “Football-plus.az” əməkdaşının da olduğu söhbətdə sualları cavabladı.
- "Mingəçevir"i seçməyinizin xüsusi səbəbləri varmı?
- Mənə bir neçə bölgə adı təqdim olunmuşdu. İlk gündən Mingəçeviri bəyənmişdim. Tural Piriyevlə bir gün ərzində 800 kilometr məsəfə qət edib o bölgələrə baş çəkdik. Özüm bakılıyam, amma regiona üstünlük verdim. Çünki biz regionda gənc kadrlar götürürük, ordan bəhrələnirik. Mingəçevir də futbol ənənələri olan şəhərlərimizdən biridi. SSRİ vaxtı orda olimpiya bazası olub. Xarici ölkələrdən çox uşaq gəlib və hazırda da var. Azərbaycanın ən yaxşı futbolçularının yolu bir zamanlar bu şəhərdən keçib. Orda 10 və 15 saylı məktəblərlə də tərəfdaşlıq edəcəyik. Çünki uşaqların futbolla yanaşı, təhsili buraxmaması da vacibdi.
- "Mingəçevir"in qısa və uzunmüddətli hədəfləri nə olacaq?
- Qeyd etdiyim kimi, klubun tez bir zamanda təşkilati baxımdan yenidən qurulması, maddi-texniki bazasının və heyətinin gücləndirilməsi, 1-ci liqada yuxarı yerlər uğrunda mübarizə aparacaq səviyyəyə çatdırılması qısamüddətli hədəflərimizə aiddi. Uzunmüddətli hədəflərə gəlincə, əlbəttə, premier-liqada çıxış etmək bizim üçün ən böyük uğur olar. Hazırda bazamız yoxdu və tələsik iş görmək də istəmirik. Bazanı, infrastrukturu düzəldək. Marset Akademiyasından ilk 20 nəfər qayıtsın və biz onlarla daha uğurlu davam edək. İki il ərzində “milliləşdirilmiş” kadrları öz yetirmələrimizlə əvəz edərək premyer-liqaya qalxacağıq.
- İnfrastrukturla bağlı qarşıya qoyduğunuz əsas hədəflər nədi?
- Yeni baza yaratmaq, meydançaları bərpa etmək istəyirik. Əlavə üç meydança və akademiya yaradacağıq. Həmçinin orda Tennis Akademiyası da açacağıq. Uşaqları təkcə futbola yox, idmana cəlb etmək istəyirik. Çünki müasir futbol bunu tələb edir. Hazırda sənədləşdirmə və layihələndirmə mərhələsindəyik. Maddi bazası güclü olmayan klub inkişaf edə bilməz. Bu baxımdan ilkin olaraq zəruri infrastruktur dəyişiklikləri aparılmalı və klubun mövcud bazası təkmilləşdirilməlidi. Qeyd olunan istiqamətdə lazımi addımlar atılır və yaxın zamanlarda idman ictimaiyyəti bunun nəticəsi ilə tanış olacaq. Marset Akademiyasının təlimlərini Mingəçevir şəhərinə salmaq və burda hər il 4-6 toplanış keçirmək planlaşdırılıb. Bu təlimlər tək o şəhəri yox, bütün respublikanı əhatə edəcək. Akademiyadan uşaqları xaricə göndərmək fikrindəyik. Çünki hər il 15-20 nəfəri Barselonaya - Marset Akademiyaya göndəririk. Orda 6 ay müddətində ispan dilini öyrənir və ispandilli məktəblərə qəbul olurlar. İdman və təhsil parallel aparılır. Azərbaycan üçün yeni kadrlar hazırlamaq istəyirik. Çünki idmanın ömrü çox qısadı. Dil biliyi olan kadrlar da yetişdirib Azərbaycana qaytarmaq, bəzilərini isə Avropa klublarına qazandırmaq niyyətindəyik.
- "Mingəçevir" hazırda 1-ci liqada sonuncu sıradadı. Uğursuzluqdan qurtulmaq üçün hansı addımları atacaqsız?
- Bəli, komanda hazırda 1-ci liqada sonuncu sıradadı. Amma ordan qurtulmağımız üçün xal fərqi böyük deyil. Önümüzdəki oyunların sayını, yəni mövsümün başa çatmasına 16 tur qaldığını nəzərə alsaq, 1-ci liqada yerimizi qoruyacağımıza inamımız böyükdü. Uğursuzluqdan qurtulmaq üçün artıq addımlar atmağa başlamışıq. Yenilənmiş texniki heyətimiz var, yeni oyunçuların cəlb olunması prosesinə başlanılıb. Komandada əhval-ruhiyyə çox yüksəkdi. Önümüzdəki oyunlarda çox fərqli “Mingəçevir” görəcəksiz.
- Yeni baş məşqçinin Füzuli Məmmədovun olacağına dair xəbərlər dərc olunur. Seçimi nəyə əsasən etdiz?
- Bəli, baş məşqçimiz Füzuli Məmmədovdu. Baş məşqçi ilə bağlı bir neçə variantı nəzərdən keçirdik, görüşdük. Füzuli müəllimin PRO kateqoriyası var və çox peşəkardı. Özümün ona böyük ümidlərim var. Hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik. Füzuli müəllimə inamımız böyükdü. Onun keçdiyi məşq prosesindən, futbolçularla münasibətindən razıyıq, fikirlərimiz də üst-üstə düşür. Komanda bir ailə kimidi, birgə işləməliyik. Stadionun direktorundan mühafizəçiyə qədər hamı bir ailə kimi olmalıdı. İnşallah, uzun müddət bizimlə bir yerdə olar.
- Gələcəkdə komandanın daha tanınmış yerli və ya əcnəbi mütəxəssisə tapşırılması nəzərdə tutulubmu?
- Əvvəlcə qeyd etməliyəm ki, Füzuli müəllim kifayət qədər tanınmış mütəxəssisdi. Əcnəbi mütəxəssisə gəlincə, sualınıza indiki halda belə cavab verə bilərəm ki, komandanın texniki heyətində nə zamansa əcnəbi məşqçilərin olması mümkündü. Amma həmin əcnəbi məşqçi Füzuli Məmmədovun və ya hər hansı başqa azərbaycanlı məşqçinin köməkçisi qismində texniki heyətdə yer ala bilər.
- Yeni baza və akademiya tikmək istədiyinizi deyirsiz. Kür ətrafında məskunlaşan məcburi köçkünlərin taleyi necə olacaq?
- Onları evlə təmin edəndən sonra o ərazidə akademiya tikiləcək. Regionlardan uşaqları yığıb orda yerləşdirəcəyik. Bosketbol, voleybol və futbol oynayan uşaqları bir araya gətirəcəyik. Futbolçu tək futbolla yox, hamısı ilə kompleks məşğul olacaq.
- ASTA fəaliyyətini Mingəçevirdə, yoxsa Bakıda davam etdirəcək?
- Bakıda fəaliyyət göstərəcək. Həm də təlim-məşq bazası Mingəçevirdə olacaq. Bakıda isə 10-11-13 yaşlı uşaqlar məşq keçir. Onları iki il sonra Barselonaya göndərmək istəyirik. Biz həmin seçimlər üçün hər il 75 nəfərə yaxın uşaq toplayırıq. Marset Akademiyasının vitse-prezidenti Karlos və baş məşqçiləri gələrək seçim edirlər. Seçim zamanı uşaqların üzərində, sadəcə, rəqəm olur. Ad və soyad anonim saxlanılır, onlar yalnız oyunçunu görür. Bir həftə burda təlim keçir, Barselonadan qeydlərini və nömrələrini bizə göndərirlər. Seçim təmiz və heç bir müdaxilə olmadan, şəffaf aparılır.
- Başqa idman növləri olıacaqsa, “Mingəçevir” FK yerinə İK olacaq?
- Futbol klubu olaraq qalır. ASTA-nın fəaliyyəti çox genişdi. Tərkibində 5 idman növü var. Hər idman növünün öz federasiyası var. Biz gələcəkdə ASTA-nı cəmiyyət kimi böyütmək istəyirik. Futbol planlarımızı yekunlaşdırandan sonra bu işləri də görəcəyik.
- Qeyd etdiz ki, iki il sonra elitaya yüksəlməyi qarşıya hədəf qoymusuz. 3 il sonra biz “Mingəçevir”i həm büdcə, həm də iddia olaraq “Neftçi” və “Qarabağ”a rəqib görə bilərikmi?
- Fikrimiz rəqib olmaqdı. Premyer-liqaya yüksəlmək əsas hədəfdi. Daha sonra isə milliyə futbolçu bəxş etmək niyyətindəyik. Maliyyə tərəfindən dəstəkləməyə çalışırıq. Bizim imkanlarımız çatır. Çıxdığımız yolda qalib olmaq istəyirik. Devizimiz belədi ki, ya qalib olmalısan, ya da o işin arxasınca getməməlisən. Hər idman növündə risk var. Sağlam ailə mühiti qura biləndə isə risk azalır. Çalışırıq problemləri ortadan götürək. Gözləntimiz çoxdu. Yerli kadrlar yetişdirmək və futbolçularımızı Avropaya çıxarmaq istəyirik.
RÖYANƏ OĞUZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Yanvar 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri