Icma.az
close
up
RU
Turan Manafov: “Qayıdacağım yer “Stellenboş”dur” MÜSAHİBƏ

Turan Manafov: “Qayıdacağım yer “Stellenboş”dur” MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Qəbələ” Cənubi Afrika Respublikasının (CAR) “Stellenboş” klubunda çıxış edən Turan Manafovu 4 aylıq icarəyə götürdü.

27 yaşlı futbolçu transferi və digər məsələlərlə bağlı futbolinfo.az-a müsahibə verib.

– “Qəbələ”yə keçidiniz necə baş tutdu?

– “Stellenboş”da məşqçi dəyişikliyi baş tutdu. Yeni gələn məşqçi də yaşlı idi. Onun öz futbolçuları var. Yəni bir az fərqli mütəxəssisdir, öz futbolçularına üstünlük verir, istəyir ki, tanıdıqlarını ətrafına yığsın. Mən də fikirləşdim, komandada ara qarışıb, indiki vəziyyət bir az yaxşı deyil, bu il komanda bir qədər aşağı səviyyədə çıxış edir. Həm bunları, həm də məşqçi dəyişikliyini nəzərə alıb belə qərar verdim. Mənim oradan qayıtmaq üçün hər hansı problemim, ay maliyyə, ay filan məsələ, yəni bu cür problem olmayıb. Sadəcə ara qarışıqlığına görə, fikirləşdim ki, mənim üçün 4 aylıq başqa kluba getmək daha yaxşı ola bilər. “Qəbələ” ilə danışdıq, yaxşı təklif və uyğun şərtlər qarşıma qoyduğu üçün buranı seçdim. Həm də Azərbaycan çempionatını izləyirəm, “Qəbələ” yaxşı futbol oynayır. Elə oldu ki, 4 aylıq icarəyə gəldim. Bu müddət bitəndən sonra ora məxsus olduğum üçün ora qayıdacağam. Real olan budur.

– Afrikada karyeranız necə davam edirdi? Orada keçirdiyiniz yarım ili necə dəyərləndirərdiniz?

– Qışa qədər yaxşı davam edirdi. Oynayırdım, formaya düşdükdən sonra bütün oyunlarda meydanda olurdum. Azərbaycandan gedəndə 3 aya yaxın futbol oynamamışdım. Çünki viza problemim vardı, ora getdikdən sonra bir ay da oturumumu gözlədim. Hazır olduqdan sonra oyunlara çıxırdım. Mənim üçün hər şey normal idi. Düzdür, komanda üçün uğurlu mövsüm sayılmaz. Komanda işi baxımından dəyərləndirsək, yaxşı keçmədi. Klub hər il daha yaxşı yerlər üçün oynamasına baxmayaraq, bu il bir az aşağı səviyyədə çıxış etdi. Amma mənim karyeram üçün normal saymaq olar. Hansısa bir problemim yox idi.

– Bəs belə fikirlər var ki, sənədlə (viza ilə) bağlı çətinlikləriniz olduğu üçün qayıtmaq qərarına gəldiniz. Azərbaycandan getdiyiniz üçün peşman oldunuzmu?

– Mənim sənədlə bağlı problemim bir az uzun vaxt aparması oldu. Ona görə ki, bizim Cənubi Afrikada səfirliyimiz yoxdur. Türkiyə vasitəsilə iş görürdük deyə, uzun çəkdi. Orada oturum sənədi alanda yuxarıda qeyd etdiyim səbəbə görə, sənədimi yenə də Türkiyə ilə həll etməli oldular. Bunlar da iki ay vaxt apardı. Azərbaycanda qalmağı düşünmürdüm. Fikrim getmək idi. Həmin vaxt da bu komanda ilə danışdığım üçün Azərbaycanda da hansısa klubla danışıb və ya təklifini geri çevirməmişəm. Bunlarla danışıb, müqaviləni də bağlamışam.

– Legioner həyatının çətinliyini nəzərə alsaq, bu müddət ərzində başqa hansı çətinliklərlə üzləşdiniz?

– Çətinlik hər yerdə var. Günü bu gün Azərbaycanda yaşayanda da. Amma sırf legioner həyatımda mənim üçün yemək məsələsi çətin oldu. Çünki onların mətbəxi tamam fərqlidir. Çox sous istifadə edirlər. Bizim mətbəx fərqli olduğundan onda çox çətinlik yaşadım. Amma özümü öyrətməyə çalışırdım. Başqa da dildə çətinliyim oldu. Çünki ingilis dilini güclü bilmədiyimə görə, ilk başlarda asan olmadı. Sonra-sonra həm öyrənməyə, həm də alışmağa başladım. Başqa çətinliyim olmayıb.

– Yəqin ki, ictimaiyyət tərəfindən tənqidlərin olacağını gözləyirsiniz. Çünki azərbaycanlı futbolçuların legioner həyatı uzunmüddətli olmur və bu, bəzən məyusluqla qarşılanır. Bunu adətən mental məsələlərlə əlaqələndirirlər. Tənqidləri necə qarşılayırsınız?

– Vallah, məni tənqid edən olmayıb. Çünki mən legioner həyatı yaşamağa gedib, müqaviləmi pozub qayıtmamışam. Sadəcə orada qarışıqlıq olduğu üçün, öz istəyimlə icarəyə gəlmək istəmişəm. Klub mənə “get” deməyib. Sadəcə fikirləşdim ki, 4 aylıq gəlməyim karyeram üçün daha yaxşı olacaq. Sırf Azərbaycana yox, başqa mənə uyğun gələcək Avropa və digər ölkələrdən mənə uyğun təkliflərə baxmışıq. Sırf legioner həyatı yaşamaq çətindir deyib qayıtmamışam. Ona görə bu cəhətdən məni tənqid edən yoxdur. Çünki məni tanıyan adamlar bura gəlmək səbəblərimi bilirlər. Yenə də mən “Stellenboş”un futbolçusu sayılıram. Müqaviləm ora ilədir, 4 ay sonra da ora qayıdacağam.

– Karyeranızda bir dəfə Yunanıstanda “Olimpiakos Volos”da legioner həyatı yaşamısınız. Bəs onunla müqayisədə CAR-da çıxışınız karyeranıza necə töhfə verdi?

– Yunanıstan Liqası fərqli idi. Həm ikinci liqa olması, həm də səviyyəsinə baxanda CAR daha yüksək sayılır. Hər tərəfdən skautlar çox baxır. Karyeram üçün o baxımdan faydalıdır ki, daha yaxşı yerlərə getməyə kömək edə bilər. Çünki bizim ölkədən kənarda çıxış edən çox azərbaycanlı futbolçumuz olmadığı üçün kənara çıxmaq daha çətindir. Mənim üçün çox xeyri var ki, daha yaxşı yerlərə çata bilərəm. Bu niyyətlə, bu fikirlə, bunu götür-qoy edib getmişəm.

– Yayda Afrikaya gedəcəksiniz, yoxsa Azərbaycanda davam etmək variantını nəzərdən keçirəcəksiniz?

– Gələcəkdə necə olacağını bilmək olmaz. Onu ancaq yaşayıb yayda görə bilərik. Mən ehtimalla yox, reallığı danışmağı sevən adamam. Bu gün üçün mən oranın oyunçusuyam. Təbii ki, yayda komanda toplaşanda mən ora qayıdacağam. Amma sırf Azərbaycan yox, başqa ölkədən yaxşı təklif olsa, komandamı dəyişə bilərəm. Baxır, gələn təklifə. Burdan daha yaxşı yer olacaqsa, niyə də yox?! Bütün futbolçular daha yaxşı yerlərə getmək üçün oynayır. Buradan daha yaxşı yer olacaqsa, niyə də yox. Amma heç bir vəziyyətdə ehtimalla danışmaq düzgün deyil, fakt hazırda oranın oyunçusuyam. Yayda da gələn variantları fikirləşib dəyərləndirəcəyəm. Qayıdacağım yer “Stellenboş”dur.

– “Qəbələ”də hədəflər, Turan Manafovun qarşıya qoyduğu məqsədlər nələrdir?

– “Qəbələ”nin hazırkı olduğu mövqedən daha yaxşı yerlərə kömək olmaq. Əlimdən nə gəlirsə, onu ən yaxşı şəkildə etmək, komandaya futbolçu kimi xeyir vermək, mənə inananların etimadını doğrultmaqdır. Karyeram baxımından mövsümün ikinci yarısını yaxşı keçirmək istəyirəm. Hədəflərim yaxşıya doğru irəliləməkdir. Komandaya faydalı olmaq, yaxşı pillələrə qaldırmaq üçün çalışıb-vuruşmaqdır məqsədim.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Yanvar 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri