Turan Rzayev: “əş Şaraa hökumətini İsrail tərəfi özünə təhdid hesab edir”
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
“İsrailin Suriyaya hücumu gözlənilən idi. Çünki İsrail faktiki olaraq, Suriyada mərkəzi hakimiyyətin qurulmasında maraqlı deyil”.
Bu barədə Hurriyyet.az-a politoloq Turan Rzayev İsrail Müdafiə Qüvvələrinin Suriyanın Dəməşq əyalətindəki Beyt-Can yaşayış məntəqəsinə zərbələr endirməsi ilə bağlı mövqeyini ifadə edərkən deyib.
“Hətta daha dəqiq desək, İsrail Suriyada ələviləri, kürdləri, druzları aktiv şəkildə siyasi, iqtisadi və hərbi baxımdan dəstəkləyir. Bir müddət öncə, ələvilərin üsyanı, druzlarla yaşanan problemlər və davam edən YPG-nin silahı yerə qoymama prosesi faktiki olaraq, İsrail tərəfindən tərtib edilmiş bir məsələdir”,-deyə politoloq əlavə edib.
T. Rzayev bildirib ki, Suriyada hakimiyyət dəyişikliyi olsa da, hakimiyyətə gələn əş-Şaraa hökumətini İsrail tərəfi özünə təhdid hesab edir: “Məsələ ondan ibarətdir ki, Suriyanın mərkəzləməsi və hələ bu mərkəzləşmənin Türkiyəyə daha yaxın münasibətdə olması İsrail üçün potensial təhiddir və Ona görə də İsrail belə bir yaxınlaşmaya icazə vermir. Ona görə də vaxtaşırı belə hücumlar tərtib edir”.
Qeyd edək ki, Syria TV-nin yaydığı məlumata görə, İsrail Müdafiə Qüvvələrinin Suriyaya hücumu nəticəsində 9 nəfər həlak olub. Bildirilir ki, hücum zamanı daha bir neçə nəfər dağıdılmış binaların dağıntıları altında qala bilər. Həmçinin qeyd olunur ki, bir çox yerli sakin bölgəni tərk edərək qonşu kəndlərə qaçmaq məcburiyyətində qalıb.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 28 Noyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















