Icma.az
close
up
RU
“Turan Tovuz” “Araz Naxçıvan”a yaxınlaşmaq şansını əldən verdi

“Turan Tovuz” “Araz Naxçıvan”a yaxınlaşmaq şansını əldən verdi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Turan Tovuz – Sumqayıt 1:2 (1:1)
41. Sergey Samok – 5,5
17. Rəhim Sadıxov – 5,5
88. Faiq Hacıyev – 5,5
11. Ayxan Hüseynov – 6,5
7. İsmayıl Zülfüqarlı – 5,0
(10. Xəyal Nəcəfov, 71) – 4,5
9. Kristian da Silva (k) – 5,5
23. Alexandro Serrano – 6,0
32. Hayderson Urtado – 5,0
(77. Veysəl Rzayev, 46) – 5,0
6. Araş Qaderi - 5,0
40. Kauan Martins – 5,0
21. Aleks Souza – 5,5
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
19. Orxan Əliyev
33. Eltun Turabov
8. Tural Bayramlı
13. Fərid Yusifli
44. Rüfət Əhmədov
29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Ayxan Hüseynov
36. Xəyal Fərzullayev – 6,0
14. Elvin Bədəlov (k) – 6,0
2. Sərtan Taşkın – 5,5
(7. Rövlan Muradov, 85) – qiymətsiz
17. Murad Xaçayev – 5,5
8. Səbuhi Abdullazadə - 6,0
20. Ayxan Süleymanlı – 6,5
19. Roy Kehat – 5,5
(6. Vüqar Mustafayev, 90) – qiymətsiz
5. Alan Dias – 6,0
23. Ronaldo Vaskes – 5,5
(21. Nihad Əhmədzadə, 90) – qiymətsiz
60. Tresor Mossi – 5,0
9. Bobir Abdixolikov – 6,0
(11. Momo Yansane, 77) – qiymətsiz
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
94. Rəşad Əzizli
75. Nadir Orucov
99. Silvanus Nimeli
77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Ayxan Süleymanlı
Qollar: A.Hüseynov, 8 (1:0, A.Serrano). A.Süleymanlı, 18 (1:1, E.Bədəlov). B.Abdixolikov, 64 (1:2, S.Abdullazadə).
Vərəqə: A.Süleymanlı, 82 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Müslüm Əliyev, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
16 mart. Tovuz. Şəhər stadionu. 4700 tamaşaçı (6800 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Tovuzda keçirilən oyun hər iki tərəf, xüsusən də meydan sahibləri üçün xüsusi əhəmiyyət daşıyırdı.

“Araz-Naxçıvan” cümə, “Zirə” şənbə günü xal itirdiyindən “bozqurd” mümkün qələbə sayəsində onlara yaxınlaşacaqdı. “Sumqayıt” isə elitada yerini qorumaq vəzifəsinin öhdəsindən mümkün qədər tez gəlmək istəyir. Ötən tur 9 oyunluq qələbə həsrətinə son qoyan “kimyaçılar”ın müəyyən emosional yüksəliş yaşaması da anlaşılan idi.
Oyunda ilk təhlükəli vəziyyət 6-cı dəqiqədə yaranadı. Serranodan topu qəbul edən Faiq Hacıyevin zərbəsi qapıdan aralı keçdi. Cəmi 2 dəqiqə sonra Serranodan ötürmə alan Ayxan dəqiq zərbə ilə topu tora qovuşdurdu – 1:0. Qonaqlar qətiyyən ruhdan düşmədi və tezliklə bərabərlik topunu vurdu. Elvin Bədəlovun qapı qarşısına ötürməsinindən sonra Ayxan Süleymanlı dəqiq baş zərbəsi ilə topu qapıdan keçirdi – 1:1. 28-ci dəqiqədə Ayxan növbəti dəfə fərqlənməyi bacarsa da, qol qeydə alınmadı. Çünki ona ötürmə verən Faiq ofsaydda idi. 38-ci dəqiqədə Ayxan künc zərbəsindən qapı qarşısına ötürmə verdi, amma Urtadonun başla zərbə endirməsinə Xəyal Fərzullayev mane ola bildi.
İkinci hissədə ilk təhlükəli vəziyyəti qonaqlar yaratdı. Ayxan Süleymanlının künc zərbəsindən qapı qarşısına ötürməni Kehat başla tamamlamaq istəsə də, top qapının üstündən keçdi. 58-ci dəqiqədə Souza – Faiq - Ayxan kombinasiyasında sonuncunun zərbəsi toru yandan silkələdi. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun 63-cü dəqiqəsində “Sumqayıt” önə keçdi. Ayxan Süleymanlı ilə Səbuhi Abdullazadənin qurduğu kombinasiyanı Abdixolikov məhsuldar zərbə ilə tamamladı. Hesabda geri düşən meydan sahibləri sonda təzyiqi yetərincə artırdı. 82-ci dəqiqədə Rəhim Sadıxovun zərbəsini Xəyal küncə çıxarmağı bacardı. Saniyələr sonra “bozqurd” hesabı bərabərləşdirməyə yaxın oldu. Ayxanın künc zərbəsindən qapı qarşısına ötürməsini Araş başla tamamlasa da, Süleymanlı topu boş qapıdan çıxardı. Lap sonda isə Aleksin zərbəsinin qarşısını Xəyal hokkey qapıçıları kimi aldı.
Beləliklə, “Sumqayıt” ardıcıl 2-ci qələbəsini qazandı. “Turan Tovuz” isə 3 turdu qələbəyə həsrətdi.
Gözdən qaçmadı
* “Kimyaçılar” azarkeş qrupu tribunada pirotexniki vasitədən istifadə etdi.
* Oyunu izləyənlər sırasında Futbolun İnkşaf Fondunun icraçı direktoru Tural Piriyev də var idi.
* “Sumqayıt”ın futbolçuları sona yaxın “orucunu açdı”.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Mart 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri