Icma.az
close
up
RU
Turan Tovuz : ciddi təhlükə, böyük problem o, hər oyunda komandaya mənfi təsir edir

Turan Tovuz : ciddi təhlükə, böyük problem o, hər oyunda komandaya mənfi təsir edir

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Turan Tovuz" üçüncü dövrəyə 4-cü pillədə yekun vursa da, avrokuboklara yollanmaq hədəfinin təhlükə altında olduğu bəllidi.

"Bozqurd" mövsümün sonunda ilk "üçlük"də qərarlaşa bilməsə, yalnız "Qarabağ" ölkə kubokunu qazanacağı təqdirdə istəyinə çatacaq. Təbii ki, mövqeyini qoruya bilsə...
Son üç matçda qələbəyə həsrət qalan komandanın eniş yaşadığını demək olar. Çoxu bunu qış "transfer pəncərəsi" çərçivəsində alınan futbolçuların özünü doğrultmamasıyla əlaqələndirir. Hətta baş məşqçi Kurban Berdıyev son mətbuat konfransında Anton Kraçkovskinin öz oyununu göstərə bilmədiyini etiraf edib.
Bəs, komandanın üzləşdiyi problemlər həqiqətənmi yeni transferlərlə bağlıdı?
"Football-plus.az" bu sualla təcrübəli menecer Vaqif Heydərliyə müraciət etdi. Onun cavabı:

"Yeni futbolçuların, əsasən legionerlərin uğursuz olduğunu düşünmürəm. Onsuz da qışda yaxşı futbolçu tapmaq çətin olur. Buna rəğmən, Joarlem Santos keyfiyyətli hücumçudu. Eşitdiyimə görə, klub onun üçün transfer məbləği də ödəyib. Sadəcə, Santos zədə problemiylə üzləşdi. Futbolda heç kim bundan "sığortalanmayıb". Həmçinin Kauan Martins "Qarabağ"ın meydanında keçirilən matçda fərqlənib və komandasının qələbəsində böyük pay sahibi olub. Hayderson Urtado hücum xəttini gücləndirib. "Araz-Naxçıvan" və "Neftçi" ilə matçlarda qollar vurmaqla "Turan Tovuz"a 4 xal qazandırıb. Bu futbolçuların yanlış seçim olduğunu düşünmürəm. Anton Kraçkovskiyə gəlincə, ona, demək olar ki, şans verilmir. Bunun səbəbini bilmirəm. Kurban Berdıyevin tanıdığı oyunçunu transfer etməsi və nəticənin belə olması məni təəccübləndirdi. Məhz futbolçulardan danışası olsaq, Araş Qaderinin səhvlərini, hər oyunda komandaya mənfi təsir etdiyini vurğulamaq olar. Yenə də ayrı-ayrı oyunçuları günahlandırmamalıyıq. "Turan Tovuz" komanda şəklində uğur qazanmalıdı. Oyunçularda ciddi problem görmürəm".


KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Mart 2025 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri