“Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Konfrans Liqasına vəsiqə qazansa da, məlum səbəbdən yerini “Zirə”yə verən “Turan Tovuz” azarkeşlərinin könlünü almaq üçün maraqlı təşəbbüs irəli sürüb. Belə ki, Qərb təmsilçisi yoldaşlıq oyununda Türkiyə nəhəngi “Fənərbaxça”nı qonaq etmək istəyir.
“Football-plus.az” oyunun nə vaxt keçiriləcəyini öyrənmək üçün “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladı:
“Yoldaşlıq oyunun keçirilməsi ilə bağlı klub rəhbərliyi tərəfindən "Fənərbaxça"ya edilən müraciət müsbət qarşılanıb. Oyunun Tovuzda keçirilməsi ilə bağlı da razılıq əldə olunub. Müəyyən təşkilati işlər var ki, onları həll edəcəyik. Dəqiq tarix məlum olan kimi rəsmi açıqlama verəcəyik”.
Bizdə olan bilgiyə görə, bu oyunun Millətlər Liqasının oyunlarına görə çempionatda yaranan fasilə zamanı, yəni sentyabrın sonunda keçirilməsi gözlənilir.
İSRAYIL XEYRULLAYEV
Bu mövzuda digər xəbərlər:“Fənərbaxça”dan “Turan Tovuz”a təşəkkür
04 Oktyabr 2026 00:10
“Turan Tovuz” “Fənərbaxça”ya qarşı KONKRET
03 Oktyabr 2026 09:24
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
30 İyun 2026 13:40
“Turan Tovuz” “Fənərbaxça” matçının vaxtı bəlli oldu
21 Sentyabr 2026 20:17
“Turan Tovuz” “Fənərbaxça” matçında hesab açıldı Yenilənir
03 Oktyabr 2026 21:27
Baxış sayı:386
Bu xəbər 28 İyun 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















