Turan Tovuz heyətini Avropa çempionu ilə gücləndirmək qərarına gəlib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Mövsümlərarası fasilədə heyətinə əl gəzdirməyi planlaşdıran "Turan Tovuz"un "elçi" düşdüyü futbolçulardan biri məlumdur.
Oxu.Az "Sport24"ə istinadən xəbər verir ki, Qərb təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
"Bozqurdlar"ın baş məşqçisi Kurban Berdıyev 2024/25 mövsümündə "Səbail"in formasını geyinmiş Suleyman Alluşun xidmətində maraqlıdır. Mənbəmizin sözlərinə görə, artıq iki klub arasında bu məsələ ilə bağlı danışıq olub. "Dənizçilər" niderlandlı futbolçunu tovuzlulara icarə verməyə razıdır.
Qeyd edək ki, əslən Mərakeşdən olan vinger 2024-cü ilin qışında paytaxt təmsilçisi ilə anlaşıb. O, Niderlandın U-17 yığması ilə Avropa çempionu olub.
Bu mövzuda digər xəbərlər:Arsenal heyətini Avropa çempionu ilə gücləndirib
07 İyul 2025 08:53
Neftçi heyətini müdafiəçi ilə gücləndirmək qərarına gəlib
06 Yanvar 2025 16:22
Barselona heyətini qolkiperlə gücləndirmək qərarına gəlib
26 May 2025 12:45
Mançester Yunayted heyətini müdafiəçi ilə gücləndirmək qərarına gəlib
21 Mart 2025 15:03
Turan Tovuz heyətini qapıçı ilə gücləndirib
26 İyul 2025 18:47
Baxış sayı:83
Bu xəbər 30 May 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















