“Turan Tovuz” növbəti oyuna itki ilə çıxacaq
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının 26-cı turunda səfərdə “İmişli” ilə heç-heçə edən “Turan Tovuz” növbəti oyun öncəsi itki ilə üzləşib.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisinin aparıcı futbolçularından olan Aleksandro Serrano cəzalı duruma düşüb.
Buna səbəb ispan yarımmüdafiəçinin həmin görüşün 90+7-ci dəqiqəsində sarı vərəqə almasıdır.
Beləliklə, cari mövsümdə dördüncü dəfə sarı vərəqə limitini dolduran 31 yaşlı oyunçu 27-ci turda “Sumqayıt”a qarşı keçiriləcək matçı buraxacaq.
Serrano bu mövsüm “Turan Tovuz”un bütün oyunlarında iştirak edib. O, 26 qarşılaşmada 2117 dəqiqə meydanda olub və 6 qola imza atıb.
Qeyd edək ki, “Turan Tovuz” - “Sumqayıt” oyunu aprelin 12-də Tovuzda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:Turan Tovuz növbəti oyuna çıxacaq
02 Avqust 2025 10:19
Turan Tovuz Qarabağ la oyuna neçə itki ilə çıxacaq?
18 Oktyabr 2025 17:27
“Turan Tovuz” üç, “Zirə” bir itki ilə oyuna çıxacaq
27 Aprel 2026 15:16
“Kəpəz” “Turan Tovuz”la oyuna itkisiz çıxacaq
28 Avqust 2026 18:35
Turan Tovuz Neftçi ilə oyuna 5 itki ilə çıxacaq ADLAR
08 May 2025 13:05
Baxış sayı:160
Bu xəbər 09 Aprel 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















