Turan Tovuz rəsmisi: Böyük ehtimalla Şamaxı nı Tovuzda qəbul edəcəyik
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Turan Tovuz" komandası Misli Premyer Liqasının X turunda "Şamaxı"nı böyük ehtimalla Tovuz şəhər stadionunda qəbul edəcək. Sport24.az xəbər verir ki, bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev açıqlama verib.
O, arenanın ot örtüyünün oktyabrın sonunadək tam hazır olacağını xatırladıb:
"Hazırda işlər plan üzrə gedir və axsama yoxdur. Yekun ot biçimi və daha sonra test prosesi olmalıdır. Bundan sonra artıq məlumat veriləcək ki, biz X turun qarşılaşmasını öz evimizdə qəbul edə bilərik, ya yox. Lakin böyük ehtimalla bu belə olacaq".
Qeyd edək ki, Tovuz şəhər stadionunda ot örtüyü dəyişdirildiyi üçün "Turan Tovuz" 2025/2026 mövsümünün əvvəlindən rəqiblərini Bakıdakı "Azərsun Arena"da qəbul edir. Misli Premyer Liqasında X turun matçları 31 oktyabr - 2 noyabrda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 03 Oktyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















