Turan Tovuz rusiyalı futbolçu ilə razılaşdı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Turan Tovuz” qış transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirəcək.
QOL.az xəbər verir ki, bölgə təmsilçisi Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda çıxış edən Anton Kraçkovskini transfer etməyə yaxındır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Turan Tovuz" 22 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Mahaçqala klubu ilə razılığa gəlib. "Turan Tovuz" rəhbərliyi Antonu baş məşqçi Kurban Berdiyevin istəyi ilə transfer edir. Futbolçu Premyer Liqa təmsilçisində icarə əsasında oynayacaq.
Qeyd edək ki, Anton Kraçkovski “Dinamo”ya da 2023-cü ildə məhz K.Berdiyevin istəyi ilə Qazaxıstanın “Kayrat” komandasından cəlb edilmişdi. Futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 7 matçda forma geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 Dekabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















