Icma.az
close
up
RU
Turan Tovuz Sabah matçında hesab açıldı Yenilənir

Turan Tovuz Sabah matçında hesab açıldı Yenilənir

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

QOL.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 3 matçdan 1-i artıq başa çatıb.

İlk iki cütdə Premyer Liqa təmsilçiləri 1-ci Liqanın kollektivləri ilə üz-üzə gəlir.

“Səbail” “Qaradağ Lökbatan”ı qəbul edib. Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. Bu mərhələdə "dənizçilər"in rəqibi "Qəbələ" - "Qarabağ" cütünün qalibi olacaq.

"Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkib. Görüş Naxçıvan komandasını 3:1 hesablı qələbəsi ilə bitib. 1/4 finalda onlar  “Zirə” - “Şamaxı” cütünün qalibi ilə qarşılaşacaqlar.

Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı keçirilir. Cari mövsüm Misli Premyer Liqasında bu komandaların hər iki qarşıdurması heç-heçə yekunlaşıb - 2:2 və 1:1. 

Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək. 

Xatırladaq ki, 1/8 final mərhələsi 1 oyundan ibarətdir.

Azərbaycan Kuboku

1/8 final

3 dekabr

18:00. “Turan Tovuz” - “Sabah” - 1:0 (Birinci hissə)

Qol: Aleks Souza, 28
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu

16:00. “Araz-Naxçıvan” - “Mingəçevir” - 3:1

Qollar: Ülvi İsgəndərov, 5 (1:0), Bernardo Dias, 21 (2:0), Sezar Meza Kolli (3:0), 66, Elmin Bayramov, 80 (3:1)
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
“Liv Bona Dea Arena”

15:00. “Qaradağ Lökbatan” - “Səbail” - 0:2 

Qol: Emin Rüstəmov, 53, Nihad Quliyev, 62
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov
"ASCO Arena"

4 dekabr

16:00. “Qəbələ” - “Qarabağ”

16:00. “Kəpəz” - “İmişli”

18:00. “Neftçi” - “Difai”

19:00. “Zirə” - “Şamaxı”

19:00. “Sumqayıt” - MOİK

1/4 finalda qarşılaşacaqlar

“Araz-Naxçıvan” / “Zirə” - “Şamaxı” cütünün qalibi

“Səbail” / “Qəbələ” - “Qarabağ” cütünün qalibi

“Kəpəz” - “İmişli” cütünün qalibi / "Neftçi” - “Difai” cütünün qalibi

“Turan Tovuz” - “Sabah” cütünün qalibi / “Sumqayıt” - MOİK cütünün qalibi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://qol.az
archiveBu xəbər 03 Dekabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri