“Turan Tovuz” “Sumqayıt” matçına doğru: komandalarda SON DURUM
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının XVII turunda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, komandalar bu oyuna itkilərlə çıxıır. Ev sahibi klubun heyətində Emanuel Hakman cəzalıdırsa, Şəhriyar Əliyev, Denis Marandiçi və Roderik Miller zədəlidir. 4 futbolçu da meydana çıxa bilməyəcək.
“Sumqayıt”ın heyətində də itkilər var. İsa Suliman zədə səbəbindən bu görüşü buraxacaq. Cəzalı Miloş Miloviç də oyunu kənardan izləyəcək.
Zədəsini sağaldan Silvanus Limelinin durumu isə yaxşıdır. O, baş məşqçi Vaqif Cavadovun şans verəcəyi təqrirdə, meydana çıxa bilər.
Qarşılaşma saat 18:30-da start götürəcək.

“Sumqayıt”, yoxsa “Turan Tovuz”?
17 May 2025 14:11
Sumqayıt Səbail : Komandalarda son durum
17 Yanvar 2025 15:53
Turan Tovuz Sumqayıt a qarşı
16 Mart 2025 08:01
“Zirə” “Turan Tovuz” matçına doğru: Tovuz klubunda 5 itki
02 May 2025 11:22
Sumqayıt Turan Tovuz a qarşı YENİLƏNİR
17 May 2025 09:16

