Turan Tovuz turun son oyununda Qəbələ ni məğlub edib
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasında XXV tura yekun vurulub.
"Cebheinfo.az" xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç qərb təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
"Turan Tovuz"un heyətində Hayderson Hurtado (3, 49) və Joarlem Santos (59) fərqləniblər. Qonaq komandada Eşqin Əhmədov (27) dəqiq zərbə müəllifi olub. Roderik Miller isə tovuzluların heyətində (90+7) avtoqol müəllifi olub.
"Turan Tovuz" 48 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 16 xala malik "Qəbələ" isə on birinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" "Qarabağ"ı (1:0), "Neftçi" isə "İmişli"ni (6:0) məğlub edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 21 Mart 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















