“Turan Tovuz” uduzdu, “Sabah”dan qələbə YENİLƏNİB İdmanXəbər
Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasında XV tura bu gün iki oyunla start veriləcək.
İdmanxeber.az-ın məlumatına görə, əvvəlcə “Araz-Naxçıvan” klubu “Liv Bona Dea Arena”da “Turan Tovuz”u qəbul edib.
Cavid Cəlilovun idarə etdiyi görüş Naxçıvan klubunun qələbəsilə başa çatıb – 1:0. Bu nəticənin ardından xalların sayını 36-ya çatdıran “Araz Naxçıvan” liderliyə yüksəlib. Üçüncü olan Tovuz təmsilçisinin 27 xalı var.
Turun ilk oyun gününə “Bank Respublika Arena”da yekun vurulib. “Sabah” evdə “Səbail”i məğlub edib – 1:0.
Rusiyalı mütəxəssis Vasili Berezutskinin baş məşqçisi olduğu “Sabah” turnir cədvəlində 22 xalla beşincidir. Doqquzuncu pillədə qərarlaşan “Səbail”in 8 xalı var.
Misli Premyer Liqası
II dövrə, XV tur
29 noyabr
16:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” 1:0
Qol: Felipe Santos, 75
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
Liv Bona Dea Arena
19:00. “Sabah” – “Səbail” 1:0
Qol: Coy Lens Mikels, 29
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Ramil Diniyev.
Bank Respublika Arena
Qeyd edək ki, turun digər görüşləri noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 29 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















