Icma.az
close
up
RU
Turan Tovuz un haqqı

Turan Tovuz un haqqı

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Turan Tovuz"un Konfrans Liqasında iştirakdan məhrum ediləcəyi ilə bağlı xəbərlərin nəyə əsaslandığı bəlli həqiqətdir. Qərb təmsilçisi aşağı liqada mübarizə apardığı dönəmdə, 2019-cu ildə bu komandanın heyətində çıxış edən 7 oyunçunun matçların nəticələrinin manipulyasiyasında iştirakı sübuta yetirilib və onlar ömürlük diskvalifikasiya ilə cəzalandırılıblar. Başqa sözlə, UEFA-nın təqdimatına əsasən, Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin bu rüsvayçı davranışı özlərinə rəva gördükləri üçün layiqli cəzalarını alıblar. 

Bu cəzanın sonradan yeni sponsor və yeni rəhbərliklə "dirilən", ciddi addımlarla diqqət çəkən "Turan"a məntiqlə, heç bir aidiyyatı olmamalıdır. Məntiq öz yerində, qaydalar da belə deyir.

Bir klub UEFA-dan lisenziya alıbsa , sonradan 7 il öncəki məlum olaya görə sözügedən komandanın KL-də iştirakının yasaqlanması mümkünsüzdür. Qitə futbol qurumu avrokuboklara lisenziya verməmişdən öncə klubu ən xırda detallara qədər incələyir.

UEFA-nın klubların lisenziyalaşdırılması üzrə maliyyə "fair-play" və davamlılıq qaydaları (UEFA Club Licensing Regulations) 5 əsas meyar üzərində qurulub. Klub avrokuboka buraxılmaq üçün bu meyarların hər birinin tələblərinə cavab verməlidir.

Hüquqi Meyarlar 

Klub rəsmi olaraq qeydiyyatdan keçmiş hüquqi şəxs olmalıdır. Burada ən kritik məqam Hüquqi Varislik və Struktur qaydasıdır:

UEFA klubun nizamnaməsini, səhmdarlarını və rəhbərliyini yoxlayır.

Oyun alqı-satqısı və ya digər qanunsuzluqlarla bağlı hər hansı aktiv hüquqi iddia, məhkəmə prosesi və ya beynəlxalq sanksiya olmamalıdır.

Klub strukturunu yeniləyibsə və AFFA tərəfindən hüquqi sənədləri təsdiq olunubsa, bu mərhələdən uğurla keçmiş sayılır.

 Maliyyə Meyarları

Bu, lisenziyanın ən sərt və şəffaf hissəsidir. Klub son 3 illik auditi keçmiş maliyyə hesabatlarını təqdim edir. Əsas tələb "Gecikmiş Borcların Olmaması" (No Overdue Payables) qaydasıdır:

Digər klublara (transfer borcları),

Dövlətə (vergi və sosial sığorta borcları),

Mövcud və ya keçmiş futbolçulara/işçilərə heç bir borc olmamalıdır.

Köhnə dövrlərdən (məsələn, iddia edilən 2018-2022-ci illərdən) qalan hər hansı rəsmi borc və ya öhdəlik olsaydı, maliyyə meyarı dərhal qırmızı işıq yandırardı və lisenziya verilməzdi.

İnfrastruktur Meyarları 

Klubun çıxış edəcəyi stadion UEFA-nın minimum 2-ci kateqoriya tələblərinə cavab verməlidir:

Ot örtüyünün keyfiyyəti, işıqlandırma (lüks dərəcəsi), təhlükəsizlik sistemləri, media zonası, dopinq-nəzarət otağı və VİP yerlər yoxlanılır.

Klubun gündəlik məşq bazası və akademiyasının şəraiti sənədləşdirilir.

Kadr İnzibati Meyarlar 

Klubda çalışan hər bir şəxsin UEFA tərəfindən tanınan uyğun sertifikat və ya diplomu olmalıdır:

Baş məşqçinin UEFA Pro lisenziyası,

Peşəkar maliyyə direktoru, hüquqşünas, media zabiti, həkim və fizioterapevtlərin rəsmi müqavilələri yoxlanılır.

İdman Gənclər Futbolu Meyarları 

Klub yalnız əsas komandadan ibarət ola bilməz:

Aşağı yaş qrupları üzrə (U-11-dən U-19-a qədər) akademiyanın mövcudluğu,

Uşaq futbolunun inkişaf proqramı və tibbi xidmət təminatı mütləq şərtdir.

 "Turan" idman, hüquq, maliyyə və struktur baxımından UEFA yarışlarında oynamağa tam layiqdir və hazlrda bu yöndə heç bir problemi yoxdur. "Boz qurdlar"ın lisenziyası rəsmi şəkildə elan olunubsa, deməli, proses hüquqi olaraq tamamlanıb. Sonradan hər hansı kənarlaşdırma yalnız o halda ola bilərdi ki, klub lisenziya aldıqdan sonra yeni bir cinayət törətsin və ya saxta sənəd verdiyi aşkar olunsun. Keçmişə aid iddialar isə lisenziya verilməzdən əvvəl yoxlanıldığı üçün onların yenidən gündəmə gətirilib məhdudiyyət yaratması hüququn "eyni məsələyə görə iki dəfə mühakimə olmaz" və "hüquqi müəyyənlik" prinsiplərinə tamamilə ziddir.

Yuxarıda sadalananları, yəni məsələnin hüquqi tərəflərini bir kənara qoysaq, KL-də iştirak Tovuz klubunun mənəvi haqqıdır. Bizon Azərbaycan Kubokunda "Zirə" ilə ilk yarımfinal oyununda (0:2) iki yüzfaizli penaltisi verilməyən, FİFA referisi Əliyar Ağayevin absurd qərarları üzündən final arzusu gözündə qalan TT Misli Premyer Liqasını 3-cü pillədə başa vurub. Kurban Berdiyevin "drujina"sı mümkün olanın ən yaxşısını ortaya qoymağı bacarıb. Razılaşaq ki, son mövsüm ərəfəsində Tovuz komandasının yekunda 3-cü yeri tutacağına, ölkənin futbol xəritəsində xüsusi yeri olan şəhəri qitəmiqyaslı turnirdə yenidən təmsil edəcəyinə yalnız ən nikbin fanatları inanardı. Sumqayıtda baş tutan həmin başıbəlalı kubok görüşünün ardından Ağayevə etirazını emosionallıqla dilə gətirən İdarə Heyətinin Sədrinin -  Ehtiram Quliyevin və başqanı olduğu camiənin gördüyü iş göz önündədir. Süni maneələrə, kənar təzyiqlərə baxmayaraq, klubdaxili ab-havanın sabit saxlanılmasında, planın həyata keçirilməsində xoş bir peşəkarlıq qoxusu var. Tikilən bazalar, təbii öt örtüyünə malik stadion gələcəklə bağlı ilıq ümidlərin reallığa söykəndiyinə əyani sübutdur. Kimlərsə həqiqətin gözünə dik baxmaqdan qıcıqlansa, "Turan Tovuz" gerçəkliyinə qısqanclıqla yanaşsa belə... 

Nihat 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 İyun 2026 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see355

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see300

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see287

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see262

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see259

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see256

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see250

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see250

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see242

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see236

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see234

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see216

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see211

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see207

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see207

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see203

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see201

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see195

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri