Turan Tovuz un kapitanı daha 2 həftə yaşıl meydandan kənarda qalacaq
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev daha iki həftə komandasına kömək edə bilməyəcək. Bu barədə Sport24.az-a 32 yaşlı müdafiəçi açıqlamasında məlumat verib.
O, zədəsi barədə danışıb: "Qış fasiləsindən sonra çempionatdakı ilk matçda cəzalı idim. "Qarabağ"la görüşdən bir gün əvvəl əzələmdə problem aşkarlandı. MRT cavabına və həkimlərin rəyinə görə dörd həftə oynaya bilmərəm. Müalicə prosesi gedir. Bərpa olmağa çalışıram. Artıq iki həftəni geridə qoymuşuq. Bundan sonra ən azı iki həftə yaşıl meydana çıxa bilməyəcəyəm".
Kapitan bütün futbolçuların komandaya xeyir verməyə çalışdığını söyləyib: "Elə vəziyyətdəyik ki, zədəli futbolçularımız çoxdur. Roderik Miller və Denis Marandiçini də itirmişik. Cəzalı oyunçularımız da olur. Mən də zədələnmək istəməzdim. Komandamızda futbolçular yoxluğumuzu hiss etdirməyə çalışırlar. Mən də tez zamanda sıraya dönmək istəyirəm".
Qeyd edək ki, Premyer Liqanın XXII turu çərçivəsində fevralın 9-da "Turan Tovuz" səfərdə "Sabah"la qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Fevral 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















