Turan Tovuz un legioneri: Ölkə kubokunda finala çıxaraq, orada da qalib gəlmək istəyirik
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Turan Tovuz"un müdafiəçisi Roderik Miller komandasının Azərbaycan kuboku və Misli Premyer Liqasındakı hədəflərindən bəhs edib.
Sportal.az saytına açıqlama verən panamalı futbolçu hər iki turnirdə uğurlu nəticə qazanmaq istədiklərini söyləyib:
"Şahdağ-Qusar”la kubok görüşü bizim üçün çətin keçdi(2:1). Amma əsas məsələ növbəti mərhələyə çıxmaq idi. 1/4 finalda "Kəpəz"lə oynayacağıq. Bu turnir də bizim üçün prioritetdir. Ölkə kubokunda finala çıxaraq, orada da qalib gəlmək istəyirik.
Amma bunun baş verməsinə hələ vaxt var. İndi məqsəd üç oyunluq qələbəsiz seriyamızı qırmaqdır. Buna görə də qarşıdakı turda "Qəbələ"ni məğlub etməliyik. Çətin oyun olacaq. Lakin biz də bu oyuna hazırlaşmışıq. “Qəbələ” yaxşı futbol oynayır və qalib gəlməyə başlayıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Dekabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















