Icma.az
close
up
RU
Turan Tovuz un müdafiəçisi: Kurban Berdiyev üçün vuruşduq MÜSAHİBƏ

Turan Tovuz un müdafiəçisi: Kurban Berdiyev üçün vuruşduq MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Turan Tovuz"un müdafiəçisi Emmanuel Hakman Sportal.az saytına müsahibə verib.

- "Sabah"la görüşdə qələbə qazanmağı bacardınız. Matçla bağlı fikrin necədir?

Biz oyuna yaxşı başlamadıq. Ancaq təəssüf ki, qapımızda qol gördük. Bundan sonra toparlanmağa və hücumlar etməyə çalışdıq. Amma bu da bizdə alınmırdı. Lakin fasilədən sonra istəyimizə nail olduq. Bir dəqiqə ərzində iki qol vurduq və qalib gəldik. Buna görə şadam.

- Baş hakim Kurban Berdiyevi qırmızı vərəqə ilə cəzalandırıldı. Bu məqam futbolçulara necə təsir etdi?

Düzü, bu vəziyyətə alışmamışdıq. O, həmişə ona ayrılan yerdə olub və bizə öz tapşırıqlarını verib. Qırmızı vərəqə aldığı vaxt bu, bizi daha da aqressivləşdirdi. Çalışdıq ki, Kurban Berdiyev üçün qələbə qazanaq. Onun üçün vuruşduq. Qələbəni də baş məşqçimizə hədiyyə edirik.

- Avrokuboklara yollanmaq üçün çempionatda komandanızın ilk "üçlüy"ə düşməsi daha realdır, yoxsa ölkə kubokunu "Qarabağ" və ya "Araz-Naxçıvan"ın qazanması?

- Biz "Qarabağ" və "Araz-Naxçıvan"dan asılı olmaq istəmirik. Kubokun nəticəsi haqda heç nə düşünmürük. Sadəcə sona qədər mübarizə aparmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, Konfrans Liqasının təsnifat mərhələsinə düşək.

- "Turan Tovuz"la müqavilən başa çatır?

Müqaviləm mövsümün sonunda bitir. Bu haqda indidən düşünmürəm. Amma açığı, "Turan Tovuz"u tərk etmək haqda da düşünmürəm.

- Hazırkı klubundan təklifin var?

Xeyr, heç bir danışığımız olmayıb. 

- Yeddi turdan sonra "Turan Tovuz" qələbə qazanmağı bacardı. Qarşıdakı matçlar üçün yaxşı motivasiya qazandınız?

Təbii ki, bu qələbə bizim üçün çox vacib idi. Biz meydana elə qələbə üçün çıxmışdıq. Bu qələbə bizi daha çox motivasiya edəcək ki, mövsümün sonunda istədiyimizə çataq.

- "Sabah" meydanda 10 nəfərlə qaldıqdan sonra 2 qol vurdunuz. Belə düşünmək olar ki, rəqibiniz meydanda azlıqda qalmasaydı, onlara qalib gəlməyiniz çətin alınacaqdı?

İstənilən halda, biz sona qədər döyüşəcəkdik, irəli atılacaqdıq. Qalibiyyət üçün hər şeyi edəcəkdik. Rəqibin meydanda azlıqda qalıb-qalmamasına baxmayaraq, biz qələbəyə oynayacaqdıq. 

- Son dəqiqələrdə "Sabah" 2-3 real qol vəziyyəti yaratdı və komanda yoldaşlarına əsəbiləşmişdin. Orada nə baş vermişdi?

Futbolda belə şeylər olur. Rəqib meydanda azlıqda qalmışdı. Onlar daha çox irəli atılmaq istəyirdilər. Biz isə topa daha nəzarəti özümüzdə saxlamaq niyyətindəydik. Bunu bəzi epizodlarda bacara bilmirdik deyə, əsəbi olurdum. Amma şükürlər olsun ki, sonda istədiyimizə nail olduq.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri