Turan Tovuz və Kəpəz cərimələnib
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
AFFA İntizam Komitəsi "Turan Tovuz" və "Kəpəz" klublarını cərimələyib.
Bakıvaxtı.az-ın məlumatına görə, bölgə təmsilçiləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananlara görə ziyana düşüblər.
"Turan Tovuz" evdə "Sabah"a penaltilər seriyasında uduzduqları görüşdə azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (cari mövsümdə ikinci dəfə) ucbatında 500 manat ödəyəcək. Meydan sahibləri tərəfdarlar pirotexniki vasitədən istifadə etdiyi üçün 1500 manat cərimə olunub.
"Kəpəz" isə "İmişli"ni məğlub etdiyi (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından 700 manat verəcək.
Baxış sayı:142
Bu xəbər 07 Dekabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















