“Turan Tovuz” və “Zirə” daha çox “Qarabağ”a azarkeşlik edəcək”
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” Azərbaycan Kubokunun finalında “Sabah”la qarşılaşacaq. Premyer Liqanı çempion bitirən “atlılar” kuboku da qazansa, ikinci pillədəki “Zirə” Avropa Liqasında, 4-cü “Turan Tovuz” isə Konfrans Liqasına yollanacaq. “Sabah” kubokun qalibi olarsa, növbəti mövsümdə Avropa Liqasında iştirak edəcək.
Veteran futbolçu Adil Şükürov “Futbolpress.az“a açıqlamasında kubokla bağlı fikirlərini bölüşdü:
“Turan Tovuz” və “Zirə” daha çox “Qarabağ”a azarkeşlik edəcək. Xüsusilə “Turan Tovuz” uzun müddət sonra avrokuboklarda iştirak edə bilər. Lakin “Sabah”ın özü də finala fərqli motivasiya ilə yanaşacaq. Finalı qazanmaq onları Avropa Liqasına aparacaq. Final iki komanda arasında olsa da, daha iki komandanın da nəticəyə böyük marağı var. “Qarabağ” çempionatın qalibi olub və indi “qızıl dubl” etmək istəyir. Onların bununçün kifayət qədər gücü və potensialı var”.
Mayın 31-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Qarabağ” – “Sabah” oyunu 19:00-da başlayacaq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















