Turan Tovuz Veysəli cəzalandırdı və azarkeşlərə çağırış etdi
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Turan Tovuz" futbolçusu Veysəl Rzayevi cəzalandırıb.
"Football-plus.az" xəvər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
"Misli premyer-liqasının 29-cu turunda keçirilən “Səbail” - “Turan Tovuz” oyunundan sonra yaşanan xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk. Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdi. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdi. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb.
Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq.
Biz bir ailəyik. Gücümüz birliyimizdi!"
Xatırladaq ki, Veysəl Rzayev matçdan sonra azarkeşlərə qarşı hörmətsizlik edib. O, bu hərəkətini bəzi tərəfdarların onu təhqir etməsiylə əsaslandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 06 Aprel 2025 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















