“Turan Tovuz”dan böyük üstünlük, “Neftçi” ikinci, “Sumqayıt” üçüncü pillədə
Icma.az bildirir, sport24.az portalına istinadən.
Misli Premyer Liqasının 2024/25 mövsümünün oyunlarını 275 min 933 tamaşaçı izləyib. Sport24.az xəbər verir ki, keçirilən 180 matçda orta tamaşaçı sayı 1533-ə bərabər olub.
Ev oyunlarındakı izləyici sayında "Turan Tovuz" hamını qabaqlayıb. Qərb təmsilçisi mövsüm ərzində ümumilikdə 78500, orta hesabla hər oyunda 4361 tamaşaçı toplayıb.
"Turan Tovuz"un göstəricisi ikinci yerdəkindən təxminən 2 dəfə çoxdur. Tamaşaçı sayında "Neftçi" ikinci, "Sumqayıt" üçüncü pillədə qərarlaşıb.
Mövsümün ən çox tamaşaçı toplayan qarşılaşmaları Azərbaycan derbiləridir. XXIII turda "Neftçi" – "Qarabağ" oyununda 9355, XXXI turda "Qarabağ" – "Neftçi" görüşündə 7200, XV turun "Neftçi" – "Qarabağ" matçında 7069 azarkeş qeydə alınıb. "Sumqayıt" – "Qarabağ" (IX tur, 7000 tamaşaçı) və "Turan Tovuz" – "Qarabağ" (XXVIII tur, 6500 tamaşaçı) oyunları da ilk "beşlik"də yer alıb.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:101
Baxış sayı:101 Bu xəbər 12 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 12 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















