“Turan Tovuz”la görüşdə qovulan Qrinvuda sərt cəza
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Türkiyənin "Fənərbağça" klubunun hücumçusu Meyson Qrinvud Azərbaycan təmsilçisi "Turan Tovuz"la keçirilən yoxlama görüşündə meydandan qovulduğu üçün ciddi sanksiya ilə üzləşə bilər.
“Yeni Sabah” xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) intizam qaydalarına əsasən, hazırlıq matçlarında rəqibə qarşı kobud və şiddətli hərəkətə görə qırmızı vərəqə alan futbolçular rəsmi çempionat oyunlarından da diskvalifikasiya olunmaq riski daşıyırlar.
İngiltərəli futbolçunun Super Liqadakı rəsmi qarşılaşmaları buraxıb-buraxmayacağı Tofiq Bəhramov adına Respublika stadionundakı oyunu idarə edən baş hakim Rəvan Həmzəzadənin matçın protokolunda qeyd edəcəyi rəsmi izahatdan asılı olacaq. Hakimin raportuna əsasən intizam komitəsi tərəfindən araşdırma aparılacaq və yekun qərar veriləcək. Qeyd edək ki, "Fənərbağça"nın 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Qrinvud 32-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. Dominos pizza
Baxış sayı:101
Bu xəbər 06 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















