Icma.az
close
up
RU
Turan Tovuzun əməliyyat olunan futbolçusu müalicəsini ev şəraitində davam etdirəcək

Turan Tovuzun əməliyyat olunan futbolçusu müalicəsini ev şəraitində davam etdirəcək

"Turan Tovuz"un əməliyyat olunan futbolçusu Denis Marandiçi müalicəsini ev şəraitində davam etdirəcək.

Qərb təmsilçisindən "Report"a verilən məlumata görə, moldovalı futbolçu bu gün əməliyyat olunduğu özəl klinikadan evə buraxılacaq.

Onun məşqlərə nə vaxt başlayacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, D.Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda Pavol Safranko ilə ikili mübarizədə bir neçə yerdən sınıb.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:75
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri